"İnanmıram ki, Böyük Qələbəmizdən sonra ermənilər buna gedərlər"

16:22 07-11-2020 | icon 149 | Siyasət
"İnanmıram ki, Böyük Qələbəmizdən sonra ermənilər buna gedərlər"

Fuad Əliyev: "Azərbaycanın razılığı olmadan hər hansı sülhməramlıdan söhbət gedə bilməz"

 

"Belə bəyanatlar təkcə Rusiya rəsmiləri tərəfindən yox, ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələrin nümayəndələri tərəfindən də səslənib".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Qarabağda “terror anklavı” yarana bilər və ora terrorçu-muzdluların gəldiyi sözlərini şərh edərkən deyib.

 

Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun əks-hücuma keçərək anti-terror əməliyyatlara başladığını vurğulayan partiya sədri qeyd edib ki, həmin vaxtdan belə bəyanatların şahidi oluruq:

 

"Amma bu bəyanatlarda konkret ünvan göstərilməmişdi. Deyilirdi ki, Qarabağda terrorçular və muzdlular var. Amma onların kimin tərəfindən vuruşduğunu demirdilər. Dolayısı ilə onların belə bəyanatları bizim 30 il ərzində verdiyimiz bəyanatlarla üst-üstə düşür. Biz 30 ilə yaxındır deyirik ki, ermənilər işğal etdikləri torpaqlarımızda bir çox ölkələrdə qadağa olunan PKK və digər terror təşkilatlarının bölmələrini yerləşdiriblər. İkinci Qarabağ müharibəsində Suriya, Livan və başqa ölkələrindən gələn muzdluların ermənilər tərəfindən vuruşması artıq sübüt olunub. Onların sənədləri mətbuat vasitəsilə təqdim olunub. Digər məsələ ondan ibarətdir ki, ”Vaşinqton Post", Rusiya, Fransıya və Almaniyanın bir sıra mətbuatında bu məsələ daha çox qabardılır. Və bu ölkələrdə bəzi ermənipərəst mətbuatı terror təşkilatların məhz Azərbaycan tərəfində olduğunu deyirlər. Bu aydın məsələdir ki, bu sifarişli yazılar əsasız, faktsız və qərəzlidir”.

 

Fuad Əliyev bildirib ki, “Vaqner” hərbi təşkilatına gəlincə, onun rəhbəri açıq şəkildə Azərbaycan ərazi bütövlüyünü, ermənilərin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz azad edilməsilə bağlı bəyanatı olub.

Sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi təklifinə gəlincə F.Əliyev qeyd edib ki, Beynəlxalq qanunlara görə bu məsələ münaqişədə iştrak edən tərəflərin razılığı ilə həll olunur:

 

"Azərbaycanın razılığı olmadan hər hansı sülhməramlıdan və digər məsələlərdən söhbət gedə bilməz. Azərbaycan ordusu torpaqları erməni separatçılarından azad edir. Azad edəndən sonra, əgər ermənilər öz mərkli fikirlərindən əl çəkmiyəcəklərsə, onda Azərbaycan-Ermənistan sərhədində BMT-nin sülhməramlıları yerləşdirilə bilər. Amma inanmıram ki, bizim Böyük Qələbədən sonra, ermənilər buna gedərlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO

İki türk əsgəri şəhid olub, biri isə yaralanıb

Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ