İndoneziya gənclərindən Azərbaycanla həmrəylik AKSİYASI

18:52 07-11-2020 | icon 157 | Cəmiyyət
İndoneziya gənclərindən Azərbaycanla həmrəylik AKSİYASI

İndoneziyanın paytaxtı Cakarta şəhərində Azərbaycanla həmrəylik və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz aksiyası keçirilib.

 

Bu barədə Versus.az-a İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

 

Xüsusilə gənclərin iştirak etdiyi aksiya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin beynəlxalq İdarə heyətinin 2020-ci ilin iyul ayında qəbul etdiyi “Qarabağ-Azərbaycandır!” şüarı ilə xüsusi məlumatlandırma kampaniyasının təşkili haqda qərar çərçivəsində Regional Mərkəzin dəstəyi ilə İƏT-İndoneziya Gəncləri təşkilatı tərəfindən təşkil edilib.

 

 İndoneziya Prezident Sarayının yaxınlığındakı Milli Abidənin qarşısında keçirilən aksiyada İndoneziyanın 42 gənclər təşkilatının sədrləri və nümayəndələri iştirak edib.

Aksiya iştirakçıları Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etmək haqqını tam dəstəkləyərək işğalçı Ermənistan ordusunun dərhal, tam və qeyd-şərtsiz işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmasını tələb ediblər. İndoneziya konstitutisyasının “işğalın bütün formalarının aradan qaldırılması” və “dünya sülhünün qurulması” haqda müvafiq hissələrinə istinad edilərək İndoneziya hökumətinə Ermənistandan işğalın sonlandırılmasını tələb etmək çağırışı edilib. Əks təqdirdə Ermənistanla diplomatik münasibətlərin kəsilməsi tələb edilib. Aksiyada həmçinin, Qoşulmama Hərəkatının üzvü olan İndoneziyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Şuranın münaqişə ilə bağlı bu yaxınlarda keçirilən iclaslarında Azərbaycanın mövqeyini tam dəstəkləməsi alqışlanıb və İndoneziya hökumətinə təşəkkür elan edilib.

 

İndoneziya gənclər təşkilatları adından Muhammad Sofyan, Syafi Efendi və Astrid Nadya Rizkita aksiyada çıxış ediblər və aksiyanın müvafiq bəyanatını oxuyublar.

 

Gözəl
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI