Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

13:08 17-09-2018 | icon 60 | Siyasət
Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

Bakının işğaldan azad edilməsi ilə bağlı ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirtdi 15 sentyabr 2018-ci ildə bir qrup tanınmış ictimaiyyət nümayəndəsinin təşəbbüsü ilə “15 sentyabrın – Bakının işğaldan azad edilməsinin 100 illiyi” münasibəti ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Dəyirmi Masa keçirilib.

 

Versus.Az-ın məlimatına göeə, tədbirdə sivil toplum nümayəndələri, müstəqil ictimai-siyasi mövqeli fəal insanlar və tanınmış ziyalılar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Nəsimi Məmmədli tədbirin məqsədi barədə qısa məlumat verib. O, 100 il öncə Azərbaycan uğrunda mübarizədə və Bakının azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edən qəhrəman əsgərlərimizin yad edilməsi məqsədilə bir araya gəldiklərini diqqətə çatdırıb.

 

Daşnak-bolşevik terrorçularına qarşı döyüşlərdə qəhrəmancasına şəhid olan Qafqaz İslam Ordusunun minlərlə əsgər və zabitinin xatirəsi tədbir iştirakçıları tərəfindən sayğı duruşu ilə yad olunub. Sonra geniş məruzə ilə çıxış edən tarixçı Qələndər Muxtarlı o dövrün ictimai-siyasi mənzərəsinə, qlobal və regional geosiyasi şəraitə, habelə çar Rusiyasının və Osmanlı imperiyasının süqutundan sonra yeni dövlətlərin yaranması mərhələsindəki hərbi-siyasi münaqişələrlə bağlı ətraflı məlumat verib. Xüsusilə də Azərbaycan ərazisində erməni-daşnak və bolşevik hərbi birləşmələrinin törətdiyi amansız soyqırım nəticəsində yaranmış humanitar fəlakətə diqqət çəkib. Məhz belə bir gərgin dövrdə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun ölkəmizə hərbi yardıma gəlməsi və Bakının işğalçılardan tam azad edilməsi əməliyyatları barədə tarixi qaynaqlardan maraqlı misallar gətirib.

 

Daha sonra tədbir iştirakçıları müzakirələrdə çıxış edərək maraqlı təkliflər səsləndiriblər. Xüsusilə də, tarix üzrə fəlsəfə doktoru Telman Telman Nüsrətoğlu, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent İbrahim Vəliyev, professor Qulu Məhərrəmli, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, hüquqşünas Ələsgər Əhmədoglu, tətəhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu, iqtisadçı ekspert Azər Mehtiyev, fəlsəfə doktoru Yadigar Türkel, Soylu Atalı, hüquqşünas Mobil Vəkiloğlu, hüquq müdafiəçisi Sədaqət Paşayeva, hüquqşünas Aslan İsmayılov, doktor Vasif İsmayıl və hüquqşünas Əli Mustafa çıxış ediblər.

 

Tədbir iştirakçıları 15 sentyabr 1918-ci il tarixinin rəsmi bayram günü kimi qeyd edilməsi ilə bağlı hökumətə təklif irəli sürüblər. Habelə, xilaskar ordunun komandanı Nuru Paşanın Bakının ən görkəmli yerində abidəsinin ucaldılması, park və küçələrə onun adının verilməsi, hərbi məktəblərdə Nuru Paşanın adına xüsusi təqaüdlərin təsis olunmasının vacibliyinə diqqət çəkiblər. Həmçinin, “Cümhuriyyət muzeyi”nin yaradılmasını, Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsini əbədiləşdirmək barədə də yekdil fikir ifadə olunub.

 

Eyni zamanda, ictimaiyyətə də müvafiq müraciətlər edilib. Xüsusilə də yazıçılara, rejissorlara, şairlərə, rəssamlara, heykəltəraşlara və musiqiçilərə Bakının azad edildiyi 15 sentyabr tarixi ilə bağlı bədii, publisistik əsərlərin yazılması; sənədli, bədii və cizgi filmlərinin çəkilməsi, musiqilərin bəstələnməsi, rəsm və heykəltəraşlıq əsərlərinin yaradılması təklif olunub.

 

Tədbirdə Türkiyə-Azərbaycan dostluq, qardaşlıq və strateji işbirliyinin əhəmiyyəti, habelə mövcud geosiyasi reallıqlarda iki ölkə arasında hərbi-siyasi əlaqələrin daha da genişlənməsinin vacibliyi qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir