"Azərbaycan dövləti dünyaya bir daha gücünü göstərdi"

22:15 08-11-2020 | icon 150 | Siyasət
"Azərbaycan dövləti dünyaya bir daha gücünü göstərdi"

Ehtiram Mehdiyev: "O torpaqlarda həyatı yenidən bərpa edəcəyik"

 

"Müzəffər Ordumuz sayəsində qələbəmizi bütövləşdirməyə çox yaxınıq. Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə elə bir dərs verir ki, Ermənistan hələ uzun illər özünə gələ bilməyəcək".

 

Bunu Versus.Az-a açıqlamasında deputat köməkçisi Ehtiram Mehdiyev bildirib.

 

Qarabağın yenidən Azərbaycanın tərkib hissəsi olacağı sevincini bölüşən Ehtiram Mehdiyev bildirib ki, bunu heç kim və heç bir qüvvə dəyişə bilməyəcək:

 

"Azərbaycan dövləti dünyaya bir daha gücünü göstərdi. Bununla da biz tək döyüş meydanında deyil, eyni zamanda siyasi müstəvidə də qələbəmizi rəsmiləşdirdik. Artıq status-kvo deyilən bir məsələ yoxdur. Biz Ermənistanı təslimçi və məğlub tərəf kimi masada əyləşdirdik. Bir daha şahidi oluruq ki, işğal altında qalan torpaqlarımızda hər şey məhv edilib. Yeraltı və yerüstü sərvətlərimiz talan edilib. Məscidlərimiz murdarlanıb, illərdir müqəddəs yerlərdə donuz saxlayıblar. Bu tək Azərbaycana deyil, müsəlman dünyasına qarşı təhqirdir. Bu düşmənin cinayətkar mahiyyətini bir daha sübut edir. Buna dünya susmamalıdır. Bütün dünya görməlidir ki, biz hansı vəhşilərlə qonşuyuq".

 

Ermənistan dövlətinin bu hərbi cinayətlərə görə mütləq cavab verməli olacağını vurğulayan E.Mehdiyev qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən infrastruktur quracağıq:

 

"O torpaqlarda həyatı yenidən bərpa edəcəyik. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza yeni nəfəs vermək məqsədi ilə sərəncamlar imzalayır. Həmin ərazilərdə qısa zamanda bərpa işləri aparılacaq. Dövlətimiz öz dədə-baba yurduna qayıdan vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması üçün hər cür şərait yaradacaq. Biz buna inanırıq!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR