Gözüm aydın, Şuşam!

23:22 08-11-2020 | icon 1045 | Köşə
Gözüm aydın, Şuşam!

Qanın bahasına yaşatdığın sevinc üçün sənə MİNNƏTDARIQ

ÜLVİYYƏ ABIŞOVA

 
 

ŞUŞA!!! Gözüm aydın, gözün aydın, gözünüz aydın! ŞUŞA - QÜRUR MƏNBƏYİMİZ, ŞUŞA - mənim üçün BÜTÖV AZAD AZƏRBAYCANIN SİMVOLU ŞUŞAM bizə döndü, azad olundu!!! Qurtuluşun mübarək, sevənlərinə həsrət qalan ŞUŞAM!!! Qayıdışını necə həsrətlə gözlədiyimizi bir bilsən, ya da bilirsən, sən də səni ülvi hisslərlə sevənlərinin sevgisini, həsrətini hiss etməmiş olmazsan, yad əlində illərlə əsir qalmaq çox çətin olub sənin üçün - əminəm, amma bitdi. Can əsgərlərimiz qanları bahasına səni bizə geri qaytardı - borcluyuq onlara - sən də, bizlər də.

 
 
İllərdir ürəyimdə ümid qarışıq ümidsizlik dolu sual var idi - Şuşa geri qayıdacaqmı, qürurumuz dirçələcəkmi... Bir gün də barışa bilmirdim Şuşanı da, digər torpaqlarımız - İrəvan, Zəngəzur və s. kimi itirdiyimizə. Amma artıq çox ümidim də yox idi... ancaq nigarançılıq... Ancaq arzu - istək - belə olmamalıdı, olmamalıdı, qayıtmalıdı bu torpaqlarımız. Qayıtmalıdı!
 
 
Bədnamlar elə bir dərs almalıdır ki, türkün adını, Azərbaycanın adını çəkməyə belə qorxsunlar. Öz şizofrenik, manyak "böyük ermənistan" ideyalarını dillərinə gətirəndə qorxudan tir-tir əssinlər... "Onlar tarix boyu unutmayacaqları bir dərs almalıdırlar" - deyə, düşünürdüm... düşünürdüm, amma bunun nə vaxt, necə baş verəcəyini, görüb-görməməyimizi düşünə bilmirdim...
 
 
Bu xəbəri eşidib ağlamamaq əldə deyildi, göz yaşları sel oldu - amma bu göz yaşları bir başqaydı... Aydınlıq göz yaşları, aydınlıq - GÖZÜN AYDIN, CAN AZƏRBAYCAN, GÖZÜN AYDIN, ŞUŞA(M)!!!!!!
 
 
ŞƏHİDİM, qanın bizim üçün axdı, qanın torpağı müqəddəs edir, qarşında baş əyirəm, borcluyuq sənə də, sənin sevdiklərinə də!!! Sən illər öncə şəhid olanlarımızın qisasını öz qanınla aldın. Torpaqlarımızı qanınla geri qaytardın!!! Böyüksən öz şəhadətinlə - hər biriniz üçün yanırıq, hər biriniz üçün ağlayırıq, amma sən bunlardan ucadasan!!! Allahdan istədiyim - o dünyada məqamınız o qədər yüksək, o qədər gözəl olsun ki, şəhadətinizə ruhunuz sevinsin, yaxınlarınız da bunu hiss edib rahat olsunlar, ürəklərinə su səpilsin!!!
 
Qanın yerdə qalmır, qisasın alınır!!! Qanın bahasına yaşatdığın sevinc üçün sənə MİNNƏTDARIQ, sənə BORCLUYUQ...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO