ANAMA əməliyyat keçirdi - FOTO

08:24 09-11-2020 | icon 162 | Müharibə
ANAMA əməliyyat keçirdi - FOTO

Noyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 19 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb. 

 

Bildirilib ki, daxil olmuş 21 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Avşar, Mirəşelli, Taxtakörpü, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Əfətli, Üçoğlan kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Cəbrayıl rayonunun Mehdili kəndi, Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Kərimbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Meşəli kəndi, Tərtər rayonunun Yenikənd, Çaylı, Seyidimli kəndləri və Şıxarx qəsəbəsi, Xocavənd rayonunun Ağoğlan qəsəbəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 29 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. 

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 296 ədəd tank əleyhinə mina, 21 ədəd tank əleyhinə minanın partladıcısı, 168 qram qara barıt, 903 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il