“30 ildir nigaran qalan şəhid ruhları artıq rahatlıq tapır”

08:34 09-11-2020 | icon 152 | Siyasət
“30 ildir nigaran qalan şəhid ruhları artıq rahatlıq tapır”

Könül İsmayılova: “Nə mutlu bizə ki, 30 illik torpaq həsrətinə son qoyulur”

 

“Bir gözümüz gülür, bir gözümüz ağlayır. Torpaqlarımız azad edilir. Əsgərlərimizin canı, qanı bahasına qovuşacağıq o torpaqlara. Nə acı ki, şəhid vermədən qələbə olmur. Amma yenə də nə mutlu bizə ki, 30 illik torpaq həsrətinə son qoyulur. Təbii ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz qazandırır bu qələbəni bizə”.

 

Bunu Şuşanın işğaldan azad edilməsi sevincini Versus.Az-la bölüşən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Bu yaxınlarda yaxın qohumlarından birinin şəhid olduğunu deyən sədr müavini bütün şəhid analarına səbr dilədi, vətən var olsun dedi:

 

“Noyabrın 8-də cənab Prezident Şuşanın işğaldan azad edildiyini bəyan edəndə əminəm ki, şəhid verən bütün ailələrin yanğısına sərin su səpildi, boşuna ölmədi oğullar, düşmənlərdən azadedildi torpaqlarımız, 30 ildir nigaran qalan şəhid ruhları rahatlıq tapdı. Fəxr ediləsi haldır ki, analar, atalar, gəlinlər şəhdlərini qürurla dəfn edir. Düşməni heyrətə gətirən, mən deyərdim ki, qorxudub zəiflədən də elə bu qürurumuz, övladlarımızı vətənə qurban göndərməyimizdir”.

 

Könül İsmayılova deyir ki, Şuşanın azadlığının Bayraq Gününə təsadüf etməsi Allahın bir lütfüdür sanki:

 

“Bu bayramda bayraqlarımız həm də Şuşanın azadlığı şərəfinə dalğalanacaq. İnşallah ardınca Xankəndi, Xocalı, Ağdam, Laçın, Kəlbəcər gəlir. İnanıram ki, əsgərlərimiz cənab Prezidentə o torpaqların da azad olunduğunu məruzə edəcək və Ali Baş Komandan böyük fəxrlə bu qələbə xəbəri ilə xalqı sevindirəcək”.

 

H.İsmayılova vurğuladı ki, Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə həllini istəyirdi. Əgər Ermənistan da bunu istəsəydi, heç bir tərəf şəhid verməzdi:

 

“Amma erməni xisləti öldürməyi, terroru o qədər sevir ki, sülhlə razılaşmaq istəmədi. Belə olan halda ordumuz düşmənin xəynətkar həmlələrinə qarşı əks-hücumlar etmək məcburiyyətində qaldı. Məsələ ondadır ki, bizim əsgərlər öz torpaqlarımızın azadlığı üçün şəhidliyə yüksəlirlər. Ermənistanın əsgərləri isə özgəsinin torpaqlarında leş olurlar və lənətlənirlər. Ona görə lənətlənirlər deyirəm ki, Ermənistan heç onların meyidlərinə də sahib çıxmır.

Mən Bayraq Günü münasibətilə xalqımızı təbrik edirəm. Arzu edirəm ki, bu bayraqlarımız işğaldan azad edəcəyimiz digər torpaqlarımızda da dalğalansın.

Var olsun Azərbaycan dövləti. Yaşasın Ali Baş Komandan. Allah əsgərlərimizə yardımçı olsun. İnşallah ki, şəhidlərimizin ruhu şaddır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il