Lalə Şövkətdən İlham Əliyevə TƏŞƏKKÜR

08:48 09-11-2020 | icon 94 | Siyasət
Lalə Şövkətdən İlham Əliyevə TƏŞƏKKÜR

"Siz məğlub Xalqı qalib Millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz"

 

Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkət bəyanat yayıb.

 

Versus.az xəbər verir ki, bəyanatda bildirlir:

 

"Əziz Millətim!

Bu gün bizim ən xoşbəxt günümüzdür.

Şuşa - Azərbaycanın tacı öz taxtına qayıtdı. Şuşa, Qarabağ varsa, Azərbaycan var!

 

Millətimizin zəfər və qürur hissi ilə ən şanlı günümüzü yaşayırıq.

 

Müzəffər, rəşadətli, qüdrətli Ordumuz, casur və qəhrəman əsgər və zabit igidlərimiz öz məharətini bütün dünyaya nümayiş etdilər.

 

Bu günü bizə qismət edən, qürurumuzu bizə qaytaran, şanlı tariximizi yazan qəhrəman Azərbaycan əsgərinə, torpağın hər qarışını qanları ilə suvaran mərd şəhidlərimizə millət olaraq, dövlət olaraq həmişəlik borcluyuq.

 

Özümün və əqidədaşlarımın adından bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu şad olsun. Nur içində yatsınlar Ana Torpağın qoynunda.

 

Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Siz məğlub Xalqı qalib Millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz. Bir siyasətçi kimi bilirəm, hansı çətinliklərdən keçmisiniz və böyük maneələri dəf etmisiniz. Bu çətin iş həmişə pərdə arxasında qalır, amma onun nəticələri göz qabağındadır. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız, və bununla birmənalı özünüz tariximizdə qəhrəman kimi həkk olunduz.

 

Heç vaxt Vətənimizdə bugünkü kimi Milli Birlik olmamışdı. Artıq dərəcədə Sizdən xahiş edirəm, bu Milli Birliyi qoruyub saxlayasınız. Onda bizi heç kim, heç vaxt sarsıtmaz. Bu, Millət üçün ən ülvü dəyərdir.

 

Xüsusi olaraq, bizim bu ağır günlərimizdə bizə siyasi mənəvi dayaq duran Türkiyəmizə dərin təşəkkürümü bildirirəm. Şükür olsun Allaha ki, Millətin qüruru qalib gəldi. Qaməti düzəldi. Qeyrət simvolumuz Şuşa öz Vətəninə qayıtdı!

Ulu Tanrımız yeni qələbələri bizə nəsib etsin!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO