Güləşçilərimiz Moskva Qran-Prisində 5 medal qazandı - Foto

09:07 09-11-2020 | icon 212 | İdman
Güləşçilərimiz Moskva Qran-Prisində 5 medal qazandı - Foto

Noyabrın 8-də Rusiyada keçirilən güləş üzrə Moskva Qran-Prisinə yekun vurulub.

 

Versus.az xəbər verir ki, güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib.

 

Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışda güləşçimiz Şamil Zubairov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-Prini üçüncü pillədə başa vurublar.

 

Beləliklə, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

 

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR