Nyu-Yorkda Şuşanın azad edilməsi münasibətilə AVTOYÜRÜŞ - FOTO

09:11 09-11-2020 | icon 61 | Cəmiyyət
Nyu-Yorkda Şuşanın azad edilməsi münasibətilə AVTOYÜRÜŞ - FOTO

ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib.

 

Versus.Az xəbər verir ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Onlar ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar.

 

Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.

 

Üzərində “Qarşıla bizi, Şuşa!”, “28 ilin həsrət adamları gəlir”, “Şuşa şəhəri işğaldan azad edildi - Prezident İlham Əliyev”, eyni zamanda Şuşa şəhəri haqqında ingilis dilində məlumatların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi maşın yürüş ərzində avtomobil karvanını önündə hərəkət edib.

 

ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz mərkəzi meydanlardan birində dayanıblar. Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna təşəkkürlərini dilə gətirən Azərbaycan icmasının aktivləri sonda musiqi sədaları ilə rəqs ediblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI