Putin niyə tez-tez XƏSTƏLƏNDİRİLİR

18:04 09-11-2020 | icon 102 | Geopolitika
Putin niyə tez-tez XƏSTƏLƏNDİRİLİR

"Putinin xəstəliyi ilə bağlı artıq iki ilə yaxındır ki, danışırlar. Lakin görünən budur ki..."

 

İngilis mediasında bir neçə gündür Rusiya prezidenti Vladimir Putinlə bağlı müxtəlif iddialar irəli sürülür.



Böyük Britaniyanın “The Sun” nəşri  iddia edib ki, səhhətində yaranan problemlə əlaqədar V. Putin gələn ilin əvvəlində postunu tərk edəcək. Regionda mürəkkəb proseslərin getməsi fonunda Putinlə bağlı bu cür açıqlamaların verilməsi heç şübhəsiz ki, müxtəlif siyasi məqsədlərə xidmət edir.



Versus.Az xəbər verir ki, bütün bu kimi xəbərləri  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal təkzib edib. O bildirib ki, Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlər cəfəngiyatdır.  



Onun sözlərinə görə, Rusiya Prezidentinin səhhətində heç bir problem yoxdur.
Regionda söz sahibi olan Putini “vuran”lar kimlərdir? Onları nə narahat edir?

 

 

 

Politoloq Azad Məsiyev bildirib ki, Putinin davranışları açıq şəkildə göstərir ki, onun səhhətində hər hansı problem yoxdur:


“Putin Rusiyanın nüfuzdan düşdüyü ərəfədə hakimiyyətə gəldi. Ötən illər ərzində isə o, istər xarici siyasəti, istərsə də daxili siyasəti ilə Rusiyanın nüfuzunu qaldırdı. Bununla da Rusiyanın hərbi, iqtisadi sahəsi kifayət qədər dirçəldi.  Dünyanın nüfuzlu sorğu mərkəzlərinin apardıqları rəy sorğusuna görə, prezidentlər arasında Vladimir Putinin reytinqi ilklər sırasındadır. O, dünyada gedən ictimai-siyasi proseslərə nüfuz edə biləcək bir lider kimi tanınıb və iradə nümayiş etdirir. Hətta NATO üzvü olan Türkiyə dövlətinin başçısı cənab Ərdoğanla dostluq münasibətini bir sıra ölkələr qısqanclıqla qəbul edir və bundan narahatdırlar. Putinin səhhəti ilə bağlı dövriyyəyə buraxılan dezinformasiya əsassızdır. Çünki bu adam saatlarla canlı mətbuat konfransı keçirir. Orada suallara məntiqlə cavab verir. Xəstəliklə bağlı məsələ həqiqət olsaydı, bu cür mətbuat konfransının keçirilməsinə imkan verilməzdi. Düşünürəm ki, Putinin reytinqi dünya dövlətlərini narahat edir və buna görə də belə məlumatlarla onun nüfuzuna təsir etmək istəyirlər. Putin dünyada nüfuz qazanan siyasi liderdir”.

 


 

 

 

Politoloq Qabil Hüseynli də hesab edir ki, indiki zamanda belə bir məlumatların yayılması təsadüfü deyil:


“Əvvəlcə onu qeyd edim ki, Putinin xəstəliyi ilə bağlı artıq iki ilə yaxındır ki, danışırlar. Lakin görünən budur ki, deyilənlər əsaslı deyil. İddia edirdilər ki, Putin idmanla məşğul olan zaman onurğa sütunundan zədə alıb. Böyük Britaniyanın kəşfiyyat orqanları isə daha fərqli məlumatları ortaya atıblar. Əvvəl çox ağır xəstəliyə tutulduğunu yazırdılarsa, indi parkinson xəstəliyinin adını çəkirlər. Putin pandemiyanın qızğın dövründə özünü təcrid edən zaman bu kimi məlumatlar daha da artdı. Müəyyən dəqiqləşmələr aparılır. Zənnimcə, Putinin hakimiyyətdən getməyə hazırlaşması bölgədəki proseslərə ciddi təsir göstərə bilər. Hazırda bölgədəki status-kvo çoxlarını qane etsə də, Qərb dövlətlərini qane etmir. Post-sovet məkanı ölkələrində də bununla bağlı ikili yanaşma var. Putin Rusiya üçün az iş görməyib. Yeltsinin etdikləri ilə müqayisədə onun etdikləri ölçüyə gəlməz dərəcədə çoxdur. İndi də Putinin hakimiyyətdən gedişi ağlabatana oxşamır. Yayılan informasiyalar o qədər də inandırıcı deyil. İki il öncə deyirdilər ki, Putinin səhhətində ciddi problem var. Ancaq bu, iki il ərzində özünü göstərmədi. Azərbaycanla da Rusiyanın münasibətləri çox normaldır. Son hadisələrdə də Putin beynəlxalq hüquq normalarına hörmətlə yanaşır və Azərbaycanın ərazisində aparılan hərbi əməliyyatlara KTMT-nin qoşulması qeyri-legitim hesab etdi. Bildirdi ki, həm Azərbaycan, həm də Ermənistan bizim üçün eyni əhəmiyyətli ölkələrdir. Zənnimcə, bu, klassik ifadədir, Putinin hər iki tərəfə eyni gözlə baxdığını göstərən yanaşmadır. Hər halda Putinin bu gün dünya siyasətində oynadığı rol şəksizdir”. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ