"Dağlıq Qarabağ statusu mif oldu"

09:17 10-11-2020 | icon 180 | Siyasət
"Dağlıq Qarabağ statusu mif oldu"

Ramiyə Məmmədova: "Bundan sonra Azərbaycan bütövdür"

 

"Ən optimal variantı bu gün imzalanan anlaşma. Əsasən bu, Azərbaycan və Ermənistan üçün lazım idi, sonra da Türkiyə və Rusiya üçün. Ermənistanın Rusiyanı bu müharibəyə sürükləməsi davam edəcəkdir. Bunu həm Rusiya, həm də Türkiyə çox gözəl anlayırdı".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli bəyanatla bağlı açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloq qeyd edib ki, Mi 24 vurulmasını həm də son çırpınış kimi dəyərləndirmək olar:

 

"Rusiya məcbur olub qarışmalı idi. Bu da nə Rusiyaya, nə də Türkiyəyə lazım deyildi. Cənubi Qafqazda üçüncü iki ölkə arasındakı garşıdurma gərəksizdir. Əsas məsələ, bizim illərdir çalışdığımız bütün məsələrə nail olmağımızdır. 30 il görmədiyimiz və qirə bilmədiyimiz torpaglara nəzarəti ələ keçirdik. Artıg Qarabağ bizdədir. Dağlıq Qarabağ statusu mif oldu. Bundan sonra Azərbaycan bütövdür".

 

Rusiyanın silahlı qosunlarının mütləq şəkildə yerləşdirilməli olduğunu vurğulayan Ramiyə Məmmədovanın fikrincə, Rusiya nə olursa olsun, Ermənistanı və erməni xalqını qorumağa çalışacaq:

 

"Ermənilərin təhlükəsizlik qarantı bir tək Rusiya ola bilər. Bundan sonra Rusiyanın yeni təyin etdiyi adam Ermənistan hakimiyyətinə gələcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA