"Yeni təhdidlərin aradan qaldırılması və yeni reallıqlar barədə də danışın"

11:18 10-11-2020 | icon 223 | Siyasət
"Yeni təhdidlərin aradan qaldırılması və yeni reallıqlar barədə də danışın"

Zaur İbrahimli: "Bayden prezident seçildikdən sonra Paşinyan komandası çox qüvvətlənəcəkdi"

 

"Ölkəmizin bu ərəfədə mümkün olan yeganə şansdan istifadə etməkdən - müharibəyə başlamaqdan başqa yolu yox idi".

 
 
Versus.Az xəbər verir ki, bunu Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatla bağlı açıqlamasında siyasi ekspert Zaur İbrahimli bildirib.
 
 
Ekspert şəxsi "facebook" hesabında yazır:
 
 
"Unutmayaq, birinci, ermənilər, konkret Paşinyan komandası Qarabağda Livan və Suriya ermənilərini məskunlaşdırma siyasətini intensiv aparırdı. Bu davam etsəydi, Azərbaycan üçün dəhşətli nəticələr olacaqdı. İkinci, ciddi şəkildə regionu Ermənistana bağlayan kommunikasiyalar qurulurdu, yollar, hava limanları və s. tikilirdi. Üçüncü, Şuşada qondarma parlament binsaı tikməklə, bütün dünyaya mesaj verirdilər ki, Azərbaycan işğal faktı ilə barışıb. Bizim real addım atmamağımız bunun təsdiqi olardı. Dördüncü, Bayden ABŞ prezidenti seçildikdən sonra Paşinyan komandası çox qüvvətlənəcəkdi və Azərbaycanın beynəlxalq dayaqları zəifləyəcəkdi.
 
Ona görə də bəziləri "1989-a qayıdırıq", "rus gəlir" fikirləri ilə yanaşı, yeni təhdidlərin aradan qaldırılması və yeni reallıqlar barədə də danışsınlar lütfən".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

ADLAR DƏYİŞDİ - Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli oldu

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Türkiyənin Nişantaşı Universiteti 20 şəhid ailəsi üzvünə təqaüd ayırdı

I Qarabağ müharibəsinə yaşı çatmayan RÖVŞƏN II Qarabağ müharibəsinin ŞƏHİDi OLDU

Ağdam mənim ana yurdumdur

Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”

Yeni zəfər tarixini yazan əsgərlərdən biri - İLQAR BÜRCƏLİYEV

“Azərbaycan ordusunun “dəmir yumruğu” düşməni məğlub etdi” - MÜSAHİBƏ

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

Koronavirusun gözlənilməz NƏTİCƏSİ

Nazirlikdən ağac əkmək istəyən vətəndaşlara MÜRACİƏT