“Ruslar heç vaxt sülhməramlı niyyət daşımayıblar”

12:34 10-11-2020 | icon 171 | Siyasət
“Ruslar heç vaxt sülhməramlı niyyət daşımayıblar”

Sərdar Cəlaloğlu: “Türk qoşunlarının sülhməramlılara daxil edilməsini ziyanın yarısı kimi hesablamaq olar”

 

“Bəyanatda Türkiyənin imzasının olmaması məndə çox ciddi məyusluq yaradır. Xüsusən, rus qoşunlarının sənəddə “sülhməramlılar” kimi əks olunması, çox böyük narahatlıq yaradır. Çünki vaxtilə Bişkek protokolu imzalanarkən də Heydər Əliyev rus qoşunlarının Azərbaycana gətirilməsindən imtina elmişdi”.

 

Bunu Versus.az-a ADP sədri Sərdar Cəlaloğlu müharibənin dayandırılması, ermənilərin Qarabağa qaytarılması və sülhməramlıların bölgəyə gətirilməsini özündə əks etdirən   Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan bəyanatla bağlı açıqlamasında bildirib.

 

S.Cəlaloğlu bildirib ki, əgər türk qoşunları sülhməramlılara daxil ediləcəksə, bunu yenə də ziyanın yarısı kimi hesablamaq olar:

 

“Türk qoşunları olmayacaqsa, bu, Rusiyanın təzədən Azərbaycanın işğalı demək olacaq. Ona görə də bu, ürəkaçan məsələ deyil. Ruslar heç vaxt sülhməramlı niyyət daşımıyıblar. Onlar hansı bölgədə olublarsa, elə özləri böyük fəlakətlərə yol açıblar”.

 

Partiya sədri bəyan edib ki, biz torpaqlarımızı qanımız bahasına işğaldan azad eləmişik, bu, bizizm qələbəmizdir:

 

“Amma faktiki olaraq bəyanatda Qarabağın işğaldan azad olunmuş hissələrinin, ermənilərin vaxtilə kompakt yaşadığı Xankəndinin Azərbaycanın yuridisiyasnda necə tətbiq olunacağı aydın deyil”.

 

S.Cəlaloğlu onu da qeyd etdi ki, bu, sülh deyil, atəşkəsdir:

 

“Hələ sülh müqaviləsinə çox var. Sülh prosesində o məsələlərin necə həll olunacağı bilinəcək. İndidən hər şeyə arxayın olmaq olmaz. Camaat bayram edir, hoppanır-düşür. Bir şeyi bilmək lazımdır ki, bu, sülh müqaviləsi deyil, bu müharibənin saxlanması dır və burda da təhlükəli məqam Rusiyanın prosesə müdaxilə etmək imkanının yaranmasıdır. Bundan sonra biz torpaqlarımızı işğaldan azad etmək istəsək də, qarşımızda yalnız ermənilər yox, həm də rus qoşunları dayanacaq. Burda daha çox Ermənistan qazandı. Ermənistanın etirazının səbəbi də odur ki, onlar bütün işğal olunmuş əraziləri mənimsəmək istəyirdilər. Alınmadı deyə, etiaraz edirlər”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO