“Bu, Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin”

16:01 10-11-2020 | icon 663 | Siyasət
“Bu, Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin”

Fuad Əliyev: “Müharibə bizim xeyrimizə, bizim qələbəmizlə qurtardı”

 

“İkinci Qarabağ - Vətən müharibəsi Azərbaycanın Qələbəmizlə yekunlaşdı. Düşmən kapitulyasiya etdi. Bu gündən başlayaraq 28 il ərzində işğal olunan torpaqlarımız 20 gün ərzində tam olaraq Ermənistanın işğalından azad olunacaq”.

 

Bunu Versus.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müharibənin dayandırılması və sülhməramlıların bölgəyə gətirilməsini özündə əks etdirən Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan bəyanatla bağlı açıqlamasında bildirib.

 

Partiya sədri vurğulayıb ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Eyni zamanda, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır ki, burda da Türkiyə sülhməramlıları olacaq:

 

“Əsas məsələlərdən biri də budur ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək. Hesab edirəm ki, üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına uyğundur. Bu bəyanat Azərbaycanın qələbəsidir. Burada sülhməramlıların həm Rusiya, həm Türkiyə tərəfindən olması müsbət haldır. Çox güman ki, 2-3 ildən sonra sülhməramlılara heç ehtiyac da olmasın”.

 

F.Əliyev onu da qeyd etdi ki, artıq Ermənistan öz silahlılarını torpaqlarımızdan çıxaracaq və bəyanatda göstərilən tarixlərdə Kəlbəcəri, Ağdamı, Laçını, Qarabağı boşaldacaqlar və artıq bu prosesə başlanılıb:

 

“Sosial şəbəkələrdə insanlarımızın Xankəndi ilə Xocalının bu bəyanatda adının çəkilməməsi narahatlığına gəlincə, bildirildi ki, qaçqınlar yerlərinə qayıdacaqlar. Yəni adlar şəkilməsə də, yəqin ki, belə də olacaq. Qeyd etdiyim kimi, erməni hərbi qüvvələri çıxacaq, mülki əhali isə Azərbaycanın qanunlarını qəbul edib, Azərbaycanın verdiyi pasportlarla bizim camaatla yanaşı yaşamağa davam edə bilərlər. Təbii ki, bu şərtlər altında yaşamağa razı olacaqlarsa. Mən fikirləşmirəm ki,ermənilər bu bəyanatdan sonra başqa bir addım ata bilərlər”.

 

Fuad Əliyev xalqa Böyük Qələbə təbrikini də ifadə edib:

 

“Əziz həmvətənlərim, ikinci Qarabağ - Vətən müharibəsi bizim Qələbəmizlə yekunlaşdı. 44 gün ərzində müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı azad etdi. Bu Qələbə həm Qarabağı qaytardı, həm də Naxçıvana yol açdı. Bu böyük bir nailiyyətdir.

Digər bir vacib məsələni qeyd etmək istərdim. Bölgədə sülhün qarantı təkcə Rusiya deyil, qardaş olkəmiz Türkiyə də olacaq. Türk hərbçiləri sülhyaradıcı rus kontingentilə birlikdə iştrak edəcəklər. Ona görə də bu, Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Qarabağda normal həyat qısa bir zamanda normallaşandan sonra bu sülhməramlı qüvvələrə ehtiyac qalmayacaq. Qarabağ Azərbaycandır! Bu, birmənalıdır.

Bir daha sizi təbrik edirəm.

Tanrı Azərbaycan xalqını qorusun!”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO

İki türk əsgəri şəhid olub, biri isə yaralanıb

Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ