“Millət olaraq birliyimizin təmin olunmasını qorumalıyıq”

19:01 10-11-2020 | icon 732 | Siyasət
“Millət olaraq birliyimizin təmin olunmasını qorumalıyıq”

Hafiz Hacıyev: “Ali Baş Komandanın dediyi kimi, biz onları diz çökdürdük”

 

“Azərbaycan öz haqqını bərpa etdi. Dəmir yumruqla erməni donuzlarının başından vuraraq,  işğalda saxladığı torpaqlarımızı azad etməyə məcbur edildilər. Ermənistan işğalda saxladığı Azərbaycan torpaqlarından çıxacaq”.

 

Bunu Versus.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını ehtifa edən bəyanata dair açıqlamasında bildirib.

 

 Hafiz Hacıyev bildirib ki, Ermənistan artıq diz çökdü:

 

“Ali Baş Komandanın dediyi kimi, biz onları diz çökdürdük.  Onlar Azərbaycan xalqının Prezidentlə birliyini, ordunun gücünü, dünyada olan nüfuzunu gördü. Belə olduğu halda başqa çıxış yolları yox idi. Dəfələrlə ölkə Prezidenti deyib ki, bizim  şərtlər var, nə vaxt Ermənistan desə ki, rayonları boşaldıram, həmin saat müharibəni dayandıracağıq. Bu da ölkə Prezidentinin güclü və nüfuzlu olması, verdiyi tapşırıqların dərhal yerinə yetirilməsi ilə bağlıdır. Xalq-Prezident birliyi, siyasi partiyalarla prezidentin birliyi sonda Ermənistanın məğlubiyyətinin etirafına gətirib çıxartdı. Bu, Azərbaycan tarixində bir qələbədir. Belə başa düşürəm ki, hələ bu sənədin üzərində bir az da işlənəcək. Türkiyə ordusunun da sülhməramlılar olaraq regionda iştirakının təmin edilməsi regionda balansın qorunmasına imkan verə bilər”.

 

H.Hacıyev deyib ki, Ermənistan məğlubiyyətini etiraf etməklə, Azərbaycanın öz torpaqları uğrundakı haqqın tanıdı. O, Azərbaycanın işğaldan azad edilən, boşaldılması üçün vaxtını gözləyən rayonlarda azərbaycanlıların köçürülməsinin, qanunların bütün ərazilərdə doğru şəkildə işləməsi, təhlükəsizliyinin təminatı ilə bağlı hər hansı problemin olmadığını bildrib:

 

“Qarabağ Azərbaycanın torpaqlarıdır. Xankəndi, Ağdərə və  digər rayonlarda yaşayış digər rayonlarda oludğu kimi qurulacaq. Tutaq ki, başqa xalqlar bizim qanunları necə qəbul edib hörmət edirlərsə, erməniyə də eyni münasibət sərgilənəcək. Bu gün onsuz da Azərbaycanda 30 min erməni yaşayır. Birinin kürəkəni, birinin anası, ermənidir. Və bu gün də yaşamaqda davam edəcəklər”.

 

MMP sədri bildirib ki, nə sülhməramlı rusların, nə də öz məkrindən əl çəkməyən ermənilərin əlində aciz qalmamaq üçün dövlət, millət olaraq birliyimizin təmin olunmasını qorumalıyıq. H.Hacıyev zaman keçdikcə, həmin bəyanatda narahatlıq doğuran məqamlara aydınlıq gətiriləcəyini qeyd edib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO