“Muğamat var olan yerdə” layihəsi davam edir

09:14 18-09-2018 | icon 39 | Mədəniyyət
“Muğamat var olan yerdə” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2018-ci ilin yeni mövsümündə də bir çox layihələrə start verir.

 

Versus.Az xəbər verir ki, bunlardan biri də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının “ Mədəniyyət” kanalının “ Muğamat var olan yerdə” adlı birgə layihəsidir.

 

Beynəlxalq Muğam Mərkəzinin bu layihəsi çərçivəsində sentyabrın 16-da 2015-ci il Muğam Televiziya Müsabiqəsinin qalibi Azərbaycan Televizyası və Radiosunun solisti Nisbət Sədrayevanın konserti keçirilib.

Konserti Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan muğamlarının təbliği istiqamətində apardığı işlərdən danışıb. Əvvəlki layihələrdən fərqli olaraq bu dəfəki konsert kompozisiya şəklində qurulub. Muğam parçaları arasında İlqar Fəhmi həmin hissələr haqqında tamaşaçılara ətraflı məlumat verib ki, buda muğamın daha dolğun çatdırılmasına imkan yaradıb.

 

Tamaşaçılar Nisbət Sədrayevanın ifasında Bəhram Nəsibovun “Qal sənə qurban”, “Dilkəş təsnifi”, aşıq mahnısı “Döymə Kərəmi”, Cahangir Cahangirovun “Etməz idim ” və “Cahargah kompozisiyası”na qulaq asıblar.

Xanəndəni Məsim İslamov (tarda), Ceyhun Muradov (kamançada), Samirə Əliyeva (qanunda), İdris Tağıyev (balabanda), Xəyyam Həsənov (udda), Tacəddin Tahirov (nağarada), Məhəmməd Qəhrəmanov (qoşanağarada) müşayiət edib.

“Muğamat var olan yerdə” layihə çərçivəsində həyata keçirilən konsert alqışlarla başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir