Dünya çempionatı ləğv olundu

14:09 11-11-2020 | icon 101 | İdman
Dünya çempionatı ləğv olundu

Ümumdünya Güləş Birliyi (UWW) 12-20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməli olan dünya çempionatını keçirməyəcək.

 

Buna qurumun İcraiyyə Komitəsinin növbəti iclası zamanı qərar verilib.

 

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi iclasın yekununda mundialın təşkilinin mümkünsüz olduğu qənaətinə gəlinib. Buna səbəb dünya çempionatı üçün tələb olunan 70 faiz iştirakçı limitinin dolmamasıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bəzi ölkələr dünya çempionatında iştirak etməyəcəyini bildirib (həmçinin UWW-nin Konqresi və seçkiləri 2021-ci ilə keçirilib).

 

Bu üzdən qərara alınıb ki, həmin tarixdə yarışda iştirak etmək üçün müraciət edən ölkələrin komandalarının iştirakı ilə fərdi Dünya Kuboku keçirilsin. Belə ki, güləşin hər üç növü üzrə 10 çəkidə qaliblər kubokla təltif olunacaq. Ümumi mükafat fondu 300 min İsveçrə frankı təşkil edəcək.



Qeyd edək ki, bu, güləş tarixində ilk belə yarış olacaq. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, millimiz hər üç növdə ilk belə turnirdə iştirak edəcək.

 

Xatırladaq ki, Azərbaycan güləşçiləri pandemiya ilə əlaqədar olaraq martdan bəri (7-8 noyabrda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Qran-Pridə yalnız millimizin dağıstanlı üzvləri iştirak edib - S.M.) rəsmi yarışlarda iştirak edə bilməyiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il