RƏSMİ: “Nəzarət məntəqəsində Türkiyə də olacaq”

16:40 11-11-2020 | icon 83 | Siyasət
RƏSMİ: “Nəzarət məntəqəsində Türkiyə də olacaq”

“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifəsindən getsə də, əldə edilmiş razılaşma dəyişdirilə bilməz. Razılaşmaya görə, Ermənistan ordusu əraziləri 20 gün ərzində tərk edəcək. Türkiyə və Rusiya bölgədə sülhməramlı missiyanı həyata keçirəcək”.

 

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Demirören Haber Ajansı”na (DHA) açıqlamasında deyib.

 

L.Abdullayeva Azərbaycan və Ermənistanın imzaladığı bəyanatın beşinci bəndinə istinad edərək qeyd edib ki, razılaşmaların icrasına nəzarət üçün mərkəz yaradılacaq:

 

“Razılaşmada hər hansı ölkənin adı keçmir. Bu məqam ağıllarda sual işarəsi yarada bilər, ancaq bölgədə nəzarət və yoxlama mərkəzində Rusiya ilə bərabər Türkiyə də olacaq”.

 

L.Abdullayeva daim Azərbaycanın yanında olan Türkiyəyə minnətdarlığını ifadə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

ADLAR DƏYİŞDİ - Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli oldu

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Türkiyənin Nişantaşı Universiteti 20 şəhid ailəsi üzvünə təqaüd ayırdı

I Qarabağ müharibəsinə yaşı çatmayan RÖVŞƏN II Qarabağ müharibəsinin ŞƏHİDi OLDU

Ağdam mənim ana yurdumdur

Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”

Yeni zəfər tarixini yazan əsgərlərdən biri - İLQAR BÜRCƏLİYEV

“Azərbaycan ordusunun “dəmir yumruğu” düşməni məğlub etdi” - MÜSAHİBƏ

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

Nazirlikdən ağac əkmək istəyən vətəndaşlara MÜRACİƏT

EMİN mahnılarına görə platin disklər aldı