ALDP Bəyanat YAYDI

10:14 12-11-2020 | icon 114 | Siyasət
ALDP Bəyanat YAYDI

"ATƏT-in Minsk qrupu artıq keçmiş tarixdir"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, Bəyanatda bildirilir:

 

"27 il bundan qabaq, 1993-ci il noyabrın 12-də Birləşmiş Millliətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi 884 saylı Qətnamənin növbəti ildönümüdür. Bu Qətnamədə deyilirdi:

 

Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi.

Sonda isə əvvəl qəbul edilmiş 822 (Kəlbəcərin işğalından sonra qəbul edilmişdir) Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.) 853 (Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi.), 874 (Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi) saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

 

Bu Qətnamələr qəbul olunmuşdur, lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Və bu Qətnamələr sadəcə kağız üzərində qaldı.

 

Daha sonra 01 yanvar 199-ci ildə ATƏM transfer olaraq ATƏT-in Minsk qrupu kimi fəaliyyətə başladı. 23 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir.

 

ATƏT-in Minsk qrupun “fəaliyyətinə” Azərbaycan müzəffər ordusu son qoydu. Azərbaycan əsgəri BMT-nin 4 Qətnaməsini özü həyata keçirərək erməni işğalına son qoyaraq tarixi Azərbaycan torpaqları Vətənə qaytardı.

 

ALDP hesab edir ki, ATƏT-in Minsk qrupu öz tarixi missiyasını həyata keçirə bilmədiyinə görə, artıq keçmiş tarixdir. ATƏT-in Minsk qrupun 11 üzvü olduğuna baxmayaraq, üç həmsədr ölkə bu qrupu təsir altında saxladı. Xüsusilə bu məsələdə canfəşanlıq edən Fransa. Sentyabrın 27-dən başlayaraq Fransa öz ermənipərəst mövgeyini gizlətə bilməyib və açıq şəklində erməni işğalçılara, erməni faşistlərə dəstək verib.

 

ALDP hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirini dəvət edərək, bunula bağlı nota verməlidir.

 

ALDP hesab edir ki, bundan sonra Azərbaycan, Azərbaycan-Fransa münasibətlərinə bir daha baxmalıdır.

 

Qarabağ Azərbaycandır!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR