Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA

11:43 12-11-2020 | icon 58 | Siyasət
Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA

“Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda idarəçiliyi necə aparacağı barədə mənim danışmağım düz deyil. Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur”.

 

Versus.Az-ın müxbirinin məlumatına görə, bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib. 

 

Onun sözlərinə görə, Azərbaycanın xalqa xidmət məsələsində gücü var:

 

“İlham Əliyevin erməni vətəndaşlarıla birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda, Türkiyədə də ermənilər yaşayırlar”.

 

O qeyd edib ki, qarşıdurmanın çoxu bizim bölgəmizdədir:

 

“Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, bu məsələ də həll olunacaq”. 

 

“Digər tərəfdən - Gürcüstanda, Ukraynada, Krımda, Moldovda, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir.

 

Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik”, - deyə o qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Maradona dəfn olundu - FOTO

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO