Polad Bülbüloğlunun cavabı verildi

15:43 12-11-2020 | icon 868 | Siyasət
Polad Bülbüloğlunun cavabı verildi

Hafiz Hacıyev: “Moskvada isti kabinetində oturub, Rusiyaya yaltaqlanır”

 

“Bu qələbənin əldə olunmasında bizə “Bir millət, iki dövlət” olduğumuz, canımızdan artıq sevdiyimiz türk qardaşlarımız kömək etdi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın RBK telekanalına müsahibəsində Qarabağa Türkiyə sülhməramlılarının yeridilməyəcəyi haqda iddialarını şərh edən Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

MMP sədrinin sözlərinə görə, səfir bu cür yolverilməz fikirlər səsləndirməklə, Rusiyaya yarınmağa çalışır:

 

“Polad Bülbüloğlu ruslara yaltaqlanmaqla, təbii ki, oradakı yerini isti etməyi düşünür. O çalışır ki, ruslara yarınsın, onlara yaxşı görünmək üçün də bu cür fikirlər səsləndirir. Amma o unutmamalıdır ki, Azərbaycan xalqının əzmi, cənab Ali baş Komandanın möhtəşəm fəaliyyəti və bizim siyasi partiyaların birliyi sayəsində onun dədə-babasının tapdaq altında qalan yurdu işğalçılardan azad edilib.

Bu qələbənin əldə olunmasında bizə “Bir millət, iki dövlət” olduğumuz, canımızdan artıq sevdiyimiz türk qardaşlarımız kömək etdi. Xalqımız torpaqlarımız uğrunda vuruşanda, Polad Bülbüloğlu Moskvada isti kabinetində oturub ruslara yarınmaqla məşğul idi”. /yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il