AVRO-2020: Qrupların tərkibi müəyyənləşdi

10:35 13-11-2020 | icon 440 | İdman
AVRO-2020: Qrupların tərkibi müəyyənləşdi

Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.

 

Versus.Az xəbər verir ki, bu gün final mərhələsinə vəsiqə qazanan son 4 ölkənin adı müəyyənləşib.

 

Gürcüstan öz meydanında Şimali Makedoniyaya uduzaraq, final mərhələsinə vəsiqə qazana bilməyib. 

 

Ən maraqlı qarşılaşmalardan biri Macarıstan və İslandiya yığmaları arasında olub. Qarşılaşmanın 11-ci dəqiqəsində İslandiya yığması hesabda önə çıxıb. Macarıstan kollektivi oyunun sonunda vurduğu iki qolla qələbə qazana bilib. 

 

Şimali İrlandiya – Slovakiya və Serbiya - Şotlandiya görüşündə eyni ssenari yaşanıb. Hər iki qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penalti zərbələri təyin olunub. Hər iki oyunda qonaq komanda penaltiləri daha dəqiq yerinə yetirib və final mərhələsinə vəsiqə qazanıb. 

 

Avropa çempionatında bütün qruplarının tərkibini təqdim edirik:

 

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR