"Qələbəyə görə onlara borcluyuq" - VİDEO

21:10 13-11-2020 | icon 567 | Siyasət
"Qələbəyə görə onlara borcluyuq" - VİDEO

Razi Nurullayev: "İlham Əliyev ilk Prezident oldu ki, torpaq aldı"

 

"Qarabağda ordumuzun Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı əks-hücum bizə Azərbaycanı yenidən tanıtdı. Biz igid əsgər və zabitlərimizi, şanlı ordumuzu tanıdıq və qələbəyə görə onlara borcluyuq".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışında millət vəkili Razi Nurullayev bildirib.

 

Millət vəkili çıxışında əlavə dörd zəfər faktorunu qeyd edib:

 

 

"Birinci faktor Azərbaycan Prezidenti ilə xalq və ordu arasında olan yaxın, açıq, səmimi, acı və şirinliyindən asılı olmayaraq ancaq və ancaq həqiqətlərə söykənən təmas oldu. Prezident xalqa həqiqətləri çılpaq şəkildə, həm də sadə xalq dilində çatdırdı. Xalqla açıq, səmimi və isti olmaq, paylaşmaq zəruridir. Çünki biz deputatların, hakimiyyətin, ordunun, Prezidentin də dayağı əli qabarlı, zəhmətkeş, torpağına sədaqətlə, canı və qanı ilə bağlı olan xalqdır. Eşq olsun Azərbaycan xalqına!

 

İkinci faktor xalqın göstərişsız təşkilatlanması oldu. Elə ailə var ki, üç oğlu da, dörd oğlu da cəbhədə azğın düşmənə qarşı vuruşdu. Bir oğlu şəhid oldu, o biri oğlanlarını da qurban dedi. Bu xalqın çoxu cəbhə yollarında əsgərimizə nəsə vermək üçün yollarda dayandı. Elə insanlar var ki yol kənarları onlara yorğan-döşək idi. Ordumuzun ehtiyacı olmasa da, hər bir kəs gücü çatanı toplayıb cəbhə bölgəsinə daşıdı. Bu xalqın tarixində qızıl hərflərlə yazılacaq bir məqamdır. 

Belə xalqı unutmaq, incitmək, onu pis yaşatmaq, ondan oğurlamaq, onu gözardı etmək olarmı? Əsla. Hər şey sadə xalq üçün, yenə də xalq üçün! O ləyaqətlə və şərəflə yaşamalıdır. Uca olan xalqdır! Güc onundur! Yaşasın şanlı əsgər və zabitlərimiz!

 

Üçüncü faktor dövlət orqanlarının harmoniya ilə işləməsi oldu. İstər diplomatiya, istər xarici siyasət idarəsi, istərsə də Parlament Prezidentlə kordinasiyalı və səhvsiz işlədi. Təbii ki, Prezidentin də xarici media vasitələrinə verdiyi tutarlı müsahibələr də bu işin avanqardı oldu. 

 

Dördüncü faktor isə 50 partiya ilə siyasi dialoq nəticəsində əldə olunan milli birlik çağırışı idi. Ali Baş Komandan daxili proseslərdən rahat olaraq fikirlərini cəbhəyə yönəltdi. Onun üçün də partiyaların PA-nın müvafiq şöbəsinin təşəbbüsü ilə birlik nümayişini qazandığımız zəfər üçün əvəzsiz hesab edirəm. Bu işin əhəmiyyəti düşmən ölkədə siyasi partiyalar və baş nazir arasında olan hadisələrlə müqayisədə daha qabarıq görünməkdədir".

 

Razi Nurullayev vurğulayıb ki, Azərbaycan iki əsrdir ancaq torpaq itirib:

 

"Prezident İlham Əliyev ilk Prezident oldu ki, torpaq aldı. Alqış olsun bu birliyə, bu şücaətə!"

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR