“Yenidən erməni vandalizminin şahidi oluruq” - RƏY

18:50 14-11-2020 | icon 384 | Siyasət
“Yenidən erməni vandalizminin şahidi oluruq” - RƏY

“Artıq üçtərəfli müqavilə imzalanıb və onun şərtlərindən biri də Kəlbəcər, Laçın, Ağdam və digər işğal olunmuş ərazilərin müvafiq qrafiq üzrə azad edilməsidir. Ortada üçtərəfli bəyanat var və bu şərtlərin yerinə yetirlməsi vacibdir. Çox təəssüf ki, bu prosesdə yenidən erməni barbarlığının, erməni vandalizmin şahidi oluruq”.

 

Versus.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu BBC-nin Kəlbəcəri tərk edən ermənilərin yanğınlar, dağıntılar törətməsini təsdiqləyən vidoreportajındakı faktları şərh edərkən bildirib.

“Ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürür, apara bilmədiklərini, yandırır, məhv edirlər. Onlar son 30 ildə Azərbaycanın işğal olunmuş ərazilərində daşı-daş üstündə qoymayıblar. Ermənilər tarixi, milli-mənəvi abidələrimizi necə dağıdıblarsa, qəbiristanlıqlara, evlərə, tikililərə qarşı necə vandallıq ediblərsə, indi də qeyri-qanuni yaşadıqları əraziləri tərk edən zaman da eyni hərəkətləri edirlər. Bu, əslində terrordur, müharibə cinayətidir və buna görə mütləq cavab verəcəklər”.

H.Babaoğlu ermənilərin bu barbarlığını ideoloji terror kimi qiymətləndirib:

“Kəlbəcər və digər işğal olunmuş ərazilərimizdə olan meşə örtüyü Azərbaycan meşə fondunun əsas hissəsini təşkil edir. Erməni barbarları, cinayətkarları torpaqlarımızı tərk edərkən meşələrimizi də yandırırlar. Bu nə qədər amansız, barbar, vandal bir düşmənlə üz-üzə olduğumuzun göstəricisidir”.

Deputat hesab edir ki, mütləq bu barədə dünya ictimaiyyətinə məlumatlar çatdırılmalıdır. Onun fikrincə, dünya ermənilərin Azərbaycanda təkcə fiziki terror deyil, həm də mənəvi, ekoloji terror törətdiyini bilməlidir.

H.Babaoğlu Prezident İlham Əliyevin “İnterfaxa” və digər xarici mediaya verdiyi müsahibələrində məlum faktları, erməni vəhşiliyinin ağlasığmaz nəticələrini qeyd edərək, təkcə “Füzuli şəhərini işğaldan azad edəndə orada bayraq sancmaq üçün bircə dənə salamat bina tapa bilmədik”- deyə ciddi mesaj verdiyini deyib:

“Azərbaycan ordusu torpaqlarımzın böyük bir qismini işğaldan azad edib. Qalan hissəsi də bəyanatda göstərilən qrafiq üzrə azad ediləcək. İşğal olunmuş torpaqlarımzda baş verən dağıntılar təbii ki, erməni vandalizminin göstəricisidir. Erməni faşistləri onun olmayan bu torpaqları çox asanlıqla məhv etməyə hazırdır. Əlbəttə ki, biz o yerlərə qayıtdıqca, infrastrukturu bərpa edəcəyik.

Ermənilər bilməlidirlər ki, bütün cinayətlərinə görə növbəti mərhələdə təzminat ödəyəcəklər, cavab verəcəklər. Artıq Azərbaycana nə qədər ziyanın vurulması ilə bağlı hesablamalara başlanılıb. Bizim elə tarixi abidələrimiz var ki, qiyməti yoxdur. Abidələrimiz dağıdılıb, məscidlərimiz dağıdılıb. Məhz onlara görə də Azərbaycan mütləq ayrıca bir qərar qəbul edəcək və faktlar beynəlxalq məhkəmələrə daşınacaqdır”.

Millət vəkili Kəlbəcərdə qeyri-qanuni məskunlaşan və bu gün ordan çıxarılan ermənilərin yanğınlar törətməklə yanaşı, nifrət püskürərək onların olmayan torpaqlara bu qədər həyasızcasına iddia etməsini, eləcə də 15-ci il hadisələrinin təkrarlanması ilə bağlı bağırtılarını Azərbaycana qarşı ideoloji, siyasi terror kimi dəyərləndirib:

“Kəlbəcəri boşaldan erməni hay-küyçüləri onu göstərir ki, onlar ötən illər ərzində necə faşist ideologiyası ilə silahlandırılıblar. 15-ci ildə heç bir erməni terroru törədilməyib. 15-ci ildə Osmanlı qoşunlarının nəzarəti altında demoqrafiq mühəndislik həyata keçirilib. Osmanlı dövlətinə xəyantə edən ermənilərin hansısa ucqar kəndlərə köçürülməsi baş verib. Ordakı erməni qadınlar görün nə qədər yanlış danışır, tarixi təhrif edir və onun olmayan torpaqlara sahib çıxmağa çalışırlar. Ermənilərin heç vaxt ayağı dəymədiyi Kəlbəcəri özünün vətəni sayanlar ideoloji terroru həyata keçirilər. Onlara tarix elə təhrif edilərək öyrədilib ki, az qala bütün dünyanı erməni bilirlər. Erməni xalqını bu günə qoyan, dövlətini çökdürən də onların maksimalist mövqeyidir, qonşu ölkələrin ərazilərinə iddia etmələridir, onlarınkı olmayana sahib çıxmaq cəhdləridir. Lakin bu era bitdi. Azərbaycan əsgəri onların bu iddialarına son qoydu, onlara elə bir dərs verdi ki, bir daha ərazilərimizə iddia edə bilməyəcəklər. Onlar əslində reallıqda nə ilə üz-üzə gəldiklərini dərk edəcəklər.  Bu, 30 ildir onlarda yaradılmış qalibiyyət eyforiyasının sonu və haqqın, ədalətin, hüququn təntənəsidir”.

 

H.Babaoğlu Kəlbəcərdən çıxarılan ermənilərin, Xankəndinə, Laçına və digər ərazilərimizə köçürülməsi ilə bağlı cəhdlərin ola bilməsini istisana etməyib. Onun fikrincə, əhalini süni şəkildə digər rayonlarımıza paylaşdırma cəhdləri ola bilər. Amma Azərbaycan hökumti, Azərbaycan dövləti buna icazə verməyəcəkdir:

“Bizim müvafiq qurumlarda demoqrafiq plan və çox dəqiq sxem var. O yerlərə aid olmayan heç bir erməni gəlib ərazilərimizdə məskunlaşa bilməz”./hafta.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO