"Rüstəm Muradovun Araik Harutyunyanla görüşməsi anormaldır"

13:10 15-11-2020 | icon 141 | Siyasət
"Rüstəm Muradovun Araik Harutyunyanla görüşməsi anormaldır"

Elçin Alıoğlu: "Rusiyalı generalın terrorçu ilə bir masa arxasında əyləşməsinin məntiqi izahı yoxdur"

 

Rusiyanın Qarabağa yeritdiyi sülhməramlı missiyasının rəhbəri, general-leytenant Rüstəm Muradov regionda bir sıra görüşlər keçirdi.

 

Versus.Az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında yazan politoloq Elçin Alıoğlu bu istiqamətdə maraqlı məqamlara diqqət çəkib.

 

 
E.Alioğlu Rüstəm Muradovun Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanla görüşməsini anormal hesab edib:
 
 
"Araik Harutyunyan Azərbaycan Baş Prokurorluğu tərəfindən dinc əhalini qətlə yeyirdiyi üçün CM-nin 15 maddəsi suçlanıb, haqqında cinayət işi qaldırılıb və beynəlxalq axtarışa verilib. Rüstəm Muradov isə bu cinayətkarla görüşür, onunla müzakirələr aparır. Rusiya Minsk Qrupunda həmsədr ölkədir və nominal olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır. Son 28 ildə çalışdığı kimi..."
 
 
Onun fikrincə, Rusiya Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı təhəddüd götürmüş, aktor ölkədir və rusiyalı generalın terrorçu ilə bir masa arxasında əyləşməsini məntiqi izah etmək çətindir:
 
 
"Rəsmi Moskva qarabağlı erməniləri yerli sakinlərin bir qrupu saya bilər. Moskva hətta qarabağlı ermənilərin təhlükəsizliyini təmin etmək üçün yollar da araya bilər. Lakin istənilən halda, Harutyunyan hər hansı məzmunda, formada və ya formatda müzakirələr, yaxud danışıqlar tərəfi ola bilməz. O, hansı statusla Rüstəm Muradovla danışıqlar aparıb? "Dağlıq Qarabağın prezidenti", yoxsa "Dağlıq Qarabağın erməni icmasının rəhbəri"? Bu "status"ların ikisi də qeyri-legitim, qanunsuzdur: keçirilmiş "seçkilər"i Ermənistandan savayı, heç bir dövlət tanımayıb və bəhs etdiyim səbəbdən Harutyunyan "prezident" deyil. O, yerli qarabağlı icmanın rəhbəri də deyil, çünki nə seçki olub, nə təyinat. Harutyanyan qarabağlı ermənilərin icraedici-bələdiyyə və ya administrasiyasının rəhbəri də deyil - bu halda da legitim seçki gərəkdir ki, o da olmayıb".
 
 
E.Alıoğlu Ermənistan-Azərbaycan sərhədində Laçın dəhlizinə Rusiyanın Gümrüdəki 102-ci bazasının tankının çıxarılaraq, sonradan geri qaytarıldığını və bunun fotosunün  çəkilib yayıldığını önə çəkdi:
 
 
"Elə həmin koordinatlarda təpənin üzərinə yenə də 102-ci bazanın inventarı sayılan BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemi çıxarılıb. Bu, nədir - güc nümayişi, messic, yoxsa Azərbaycana göndərmə və Ermənistana dəstək? Rusiyanın Müdafiə və Xarici İşlər nazirlikləri bəhs etdiyim nonsenslərə izah gətirməlidir, çünki sadalananlar sülhməramlı missiyanın, sülhyaratma prosesinin tam əksinə olan hadisələrdir.
 
... Rusiyadakı müəyyən siyasi dairələrdə və isteblişment mənsublarında neoimper davranış elementləri ola bilər ki, məhz həmin nəsnələr sözügedən əməllərin motivativ əsası sayılar. Lakin o elementlər yollarını azmasınlar, reallıq hissini itirib illüziyalara qapılmasınlar. İndi 1990-cı illər deyil və Rusiya da əvvəlki Rusiya Federasiyası deyil. Qərbin çox sərt və ağır sanksiyalarına məruz qalan Rusiya geosiyasi rıçaqlarını itirməmək, Cənubi Qafqazı əldən verməmək üçün situativ analiz qabiliyyətini itirmiş bəzi şəxslərin sərsəm açıqlamalarını müşahidə etdiyimiz tok-şoulardan ibarət siyasət yürütmür, ümid edirəm.
 
Ona da ümid edirəm ki, Azərbaycan küçələrində bayrağımızla yanaşı dalğalanan al-qırmızı, ay-ulduzlu bayrağın sadəcə, Türkiyə bayrağı olmamasının fərqindədir. O hilallı və ulduzlu bayraq həm də NATO ölkəsinin bayrağıdır.
Qarabağda sülhü Rusiya NATO ölkəsi ilə birlikdə bərqərar edir. General-leytenant Muradov bunu yaddan çıxarırsa, sülhməramlı missiya opsionalına qətiyyən daxil olmayan T-72B və "Qrad" ilə əzələ göstərişi edənlər adekvatlıq hissini unudursa - xatırladım. Hələ ki, yaşananları müşahidə edirik, çünki proses yeni başlayıb, əksər müddəalar və prinsiplər müzakirə olunur, yerbəyer edilir.
 
Amma kimsə Azərbaycanla oyun oynamağa qalxmasın.
Ümid etmək istərdim ki, Azərbaycanın siyasi və strateji tərəfdaşı olan Rusiya rəhbərliyi iki dövlət arasındakı münasibətlərə kölgə salmağa çalışan qüvvələrin destruktiv fəaliyyətinin nə qədər zərərli ola biləcəyini anlayır".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il