“O, cəzasını almayınca, özünə gəlmyəcək”

13:59 15-11-2020 | icon 352 | Siyasət
“O, cəzasını almayınca, özünə gəlmyəcək”

Hafiz Hacıyev: “Zəngəzuru, Göyçəni təzminat kimi tələb etməliyik”

 

“Ermənilərin Kəlbəcərdən köçən zaman törətdikləri vəhşiliklər, yanğınlar bu millətin nasist simasıdır. Bu gün Ermənistan böyük bir uçurum altındadır, siyasi, iqtisadi xaos yaşayır. Bu vəziyyət, işğalçı dövlətin ölkəmizə qarşı apardığı ideoloji, maddi-mənəvi və mədəni terror siyasətinin nəticəsidir”.

 

“Beynəlxalq qurumlar hansı vandal milləti müdafiəyə qalxdığını görməlidir”

 

Bunu Versus.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin köçürülmə zamanı törətdikləri yanğınlar və dağıntılarla bağlı şərhində bildirib.

 

MMP sədri erməni vəhşilərinin Kəlbəcərdə həyata keçirdiyi yanğınların, dağıntıların BBC kanalı vasitəsi ilə yayımlanıb, dünyaya təqdim olunmasına diqqət çəkib. Onun sözlərinə görə, beynəlxalq qurumlar bu kadrlardan hansı vandal milləti müdafiəyə qalxdıqlarını görməli və haqqın yanında olmağa çalışmalıdırlar:

 

“Ümumiyyətlə, Kəlbəcərdə erməni yaşamayıb. Lakin həyasızlıqlarına baxın ki, bu gün hay-küy salaraq vətənşüvənlik edirlər. Bu, yolverilməzdir və Azərbaycan artıq ölkəmizə qarşı saysız cinayələr törədən Ermənistanın cinayətlərini bağışlayan deyil. Üçtərəfli bəyannamayə görə, Kəlbəcərin boşaldılması, qansız-qadasız öz sahiblərinə qaytarılması böyük hadisədir. Amma görün ermənilər nə edirlər, evləri yandırırlar, ağaçları kəsirlər. Ermənistan Azərbaycana qarşı soyqırımları, müharibə cinayətlərini necə törətdisə, bu gün də ekoloji terror aparır. Ölkə prezidentinin qətiyyətli siyasəti ilə nəhayət bu gün Azərbaycan ordusu qansız, qadasız Kəlbəcərə daxil oldu. Amma düşmən öz niyyətindən əl çəkmir. O, cəzasını almayınca özünə gəlmyəcək. Və erməniyə elə bir cəza verilməlidir ki, onu ömür boyu unutmasın. Çünki bəşəriyyət üçün üzqarası olan erməni dünyanın heç bir yerində sülh şəraitində yaşaya bilmir. Harda olsalar, başqalarının tarixini, mədəniyyətini oğurlayıb erməniləşdirirlər. Ona görə də biz bu gün Zəngəzuru, Göyçəni təzminat kimi tələb etməliyik”.

 

H.Hacıyev deyib ki, ermənilərin törətdiyi yanğınlar, dağıntılar Kəlbəcərlə bitmir:

 

“Ermənilər heç bir tərbiyəsi olmayan bir dövlətin uşaqlarıdır”

 

“Bizim işğal altında olan bütün rayonları bu cür dağıdıblar. Hələ Prezident Füzulidə baş verənlər barədə xarici mediaya müsahibələrində “biz bir dənə tikili tapmadıq ki, bayraq sancaq” sözləri ilə ermənilərin əsl simasını göstərdi. BBC-nin Kəlbəcərdə çəkdiyi son kadrlar bir daha dünyaya erməni vandalizmini, vəhşiliyini sübut etdi və ermənilərin millət olaraq vəhşu olduğunu göstərdi. Ermənilər Qarabağı və ətraf rayonlarımızı işğal edərək 30 ildir ki, orda yaşayırdılar. İndi artıq Azərbaycanın müzəffər ordusu qətiyyətli mövqe ortaya qoyaraq düşməni iti qovan kimi qovur. Ermənilər heç bir tərbiyyəyə malik olmayan bir dövlətin uşaqlarıdır. Hər halda bu millət dünyada öz sifətini bir daha göstərdi. Bu cür başqaxıncı olan milləti necə müdafiə edirlər. Biz onlara böyük humanistlik edirik ki, onları sağ-salamat evlərinə buraxırıq. Yenə də timsah gözyaşları ilə oyun oynayırlar. Bu keçməyəcək. Azərbaycan torpaqları azad olunur, təmizlənir. Azərbaycan vətəndaşları öz torpaqlarına qayıdacaq. Artıq erməni öz yerini bilməlidir. İmzalanan bəyannaməyə uyğun olaraq bütün işlərimizi yerinə yetirməliyik”.

 

H.Hacıyev bildirib ki, Azərbaycan dövləti cinayətlərinə görə Ermənistanı məhkəməyə verməli və cəzalandırılması üçün var gücü ilə çalışmalıdır. Onun fikrincə, erməni törətdiyi cinayətlərə görə heç bir humanist hərəkətə layiq deyil. Çünki o, anadan doğulan uşağını türkə nifrət ruhunda böyüdür və terrorçu kimi yetişdirir.

 

H.Hacıyev bu qədər erməni vəhşiliyi ilə qarşılaşdığımız halda Könül Nurullayeva adlı deputatın “Ermənistan kasıbdır, ondan təzminat almaq önəmli deyil...” fikrini ağlasığmaz dərəcədə cəfəng və axmaq yanaşma hesab edib:

 

“Ermənilərə elə yazığın gəlirsə, o zaman sən ödə”

 

“Adama deyərlər ki, ay deputat, elə müdafiəçi çıxmısan, o zaman Qarabağda işğal altında məhv edilən insanların, şəhərlərin haqlarını özlərinə qaytar, evləri dağıdılan insanların evlərini qaytar. Ermənidən danışanda, nə danışdığının mahiyyətinə var və sözünün məsuliyyətini anla. Əgər ermənilərə elə yazığın gəlirsə, o zaman sən ödə. Bu qədər də unutqanlıq, biabırçı yanaşma olmaz”.

 

H.Hacıyev deyib ki, 30 ildir bu erməni faşist dövləti Azərbaycana qarşı işğalçılıq siyasəti aparır, soyqırımlar, hərbi cinayətlər törədir. Ermənilərin Gəncəyə, Bərdəyə atdığı qadağan olunmuş silahların dağıntıları hələ də qalır. Belə çıxışlar insanları hiddətləndirir:

 

“Hələ belə adamlar çox söz danışacaqlar. Lakin biz bilirik ki, Ermənistan faşist dövlətdir və buna görə beynəlxalq məhkəməyə verməli və cəzasını almalı, ölkəmizə dəyən zərəri təzminatla ödəməlidir. Azərbaycan ölkəmizə qarşı törətdiyi cinayətlərin qarşısında işğalçıya heç nəyi güzəştə gedə bilməz”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO