Ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA

16:33 15-11-2020 | icon 816 | Gündəm
Ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA

“Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Kəlbəcəri tərk edən ermənilər mülki obyektləri yandırır:

 

“Barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Təbii ki, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanunu xarakter daşıyır”.

 

“Həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur”, - deyə H.Hacıyev qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il