Deputat şəhid Emil Şamilovun ailəsini ziyarət edib

11:52 16-11-2020 | icon 86 | Cəmiyyət
Deputat şəhid Emil Şamilovun ailəsini ziyarət edib

Qənirə Paşayeva: "31 alpaqutçudan Emil Şamilov daxil olmaqla 5 qardaşımız şəhadət şərbəti içib"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Alpaqutçu şəhid qardaşımız Emil Şamilovun ailəsini ziyarət edib.

 

Versus.Az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib:

 

"Şəhidimiz mənim də rəhbərliyində olduğum Dünya Alpaqut Federasiyası sıralarından Azərbaycan Böyük Vətən Müharibəsinə getmiş 31 cəsur alpaqutçudan biriydi. 31 alpaqutçudan Emil Şamilov daxil olmaqla 5 qardaşımız şəhadət şərbəti içib. Emil tanınmış hakim idi, eləcə də, döyüşçü kimi də tatamiyə çıxardı. Hər iki halda öz peşəkarlığı ilə seçilərdi...

Belə peşəkar uğurlarının birində onun mükafatını mən təqdim etmişdim. Emil Şamilov Dövlət Himnimizdə deyildiyi kimi, öz hüquqlarından Vətən adına keçərək qəhrəman oldu. Biz qəhrəman şəhidimizin ailə üzvləri ilə görüşdə, "Öncə Vətən!" ruhunun onun bütün doğmalarının varlığına hakim kəsildiyini gördük. Şəhidlərimizin ailə üzvləri də özləri kimi əzizdir, doğmadır".

 

Şəhid vətən övladlarının ruhuna əbədi ehtiramlarını bir daha ifadə edən Q.Paşayeva hər zaman ailə üzvlərinin yanında olacaqlarını vurğulayıb:

 

"Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə üstün münasibəti bizlər üçün bir nümunədir. O nümunədən öyrənirik və öz mənəvi məsuliyyətimizi hiss edirik.

Bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik. Vətən sağ olsun!"

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Maradona dəfn olundu - FOTO

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO