ÜMİDə dönən AÇARlar

12:39 16-11-2020 | icon 1445 | Köşə
ÜMİDə dönən AÇARlar

Dünya görsün - QARABAĞ KİMİN "ÖVLADIDIR"

ÜLVİYYƏ ABIŞOVA

 

Şuşa ilə bağlı bir süjetə baxdım, sosial çarx desək, bəlkə daha doğru olar. Nənə nəvəsiylə avtovağzalda Şuşa avtobusunu axtarır. Tapıb əyləşirlər. Şuşaya gedən avtobusun yola düşdüyü elan edilir. Nənə açır çantasını, bir bükülü dəsmal çıxardır. Açır. İçindən evinin illərlə, demək olar ki, bütün məcburi köçkünlərimizin saxladığı kimi, saxladığı açarlarını çıxardıb nəvəsinə verir...

 

Baxdım və yəqin ki, hamımızın bildiyi, oxuduğu bir rəvayət düşdü yadıma.

Bir padşahın yanına iki qadın və bir uşaq gətirirlər. Nə məsələdi, soruşur. Deyirlər ki, bu iki qadın bu uşaq üstündə dava edirlər, bu deyir, mənimdi, o biri deyir mənimdi. Şah da o zaman deyir ki, əgər siz hər ikiniz də deyirsiniz ki, uşaq mənimdi, o zaman çarə qalmır. Uşağı yarıdan bölək...

 

Ananın biri bir söz demir, razılaşır, digəri isə həmən uşaqdan imtina edir ki, eybi yox, verin o biri qadına, yetər ki, uşağa zərər dəyməsin... O zaman da padşah uşağı alıb verir uşağına ayrılıq bahasına da olsa, zərər gəlməsinə razı olmayan anaya...

 

İndi - bizim köçkünlərimiz evlərini-eşiklərini, torpaqlarını həmişəlik ititrdiklərinə inanmadan, evlərini deyil sökmək, qapısının belə açıq qalmasına razı olmayıb, ehtiyatla bağlayıb (əlbəttə buna imkanı olanlar, bir çoxları isə sözün əsl mənasında ayaqyalın, bir əynindəki paltarla və uşaqlarının əlindən tutub qaçmaq istəyiblər - kimə qismət olub qurtulmaq, kimlərsə acı tale yaşayıblar bu və ya digər şəkildə), toyuq-cücələrini, heyvanlarını açıb qabaqlarına dən-yem töküb çıxıblar ki, ac qalmasınlar... Necəsə buralar bizə məxsusdur, qayıdacağıq...

 

O qayıdacayıq-bu qayıdacayıq - 30 ildi o açarları bərk-bərk saxlayıblar, ümid açarı olub onlara... Yurdları ilə onlar arasında bəlkə də ən möhkəm bağ o açarlar olub...

 

Bir jurnalist xanım bugünlərdə bu açarları Qarabağda bir şəhərin girişində bir divarda asıb Xatirə divarı adlı açıq hava muzeyi yaratmağı təklif etmişdi. Çox simvolik olar, məncə də... Bu bizim köçkünlərimiz...

 

Baxıram indi də Kəlbəcərdən köçən ermənilərə. Açar nədi, nə ev, nə bağ-bağça, ağacları, meşələri kəsirlər, yandırırlar, işıq dirəklərini aşırdırlar - niyə... Çünki dönəcəklərinə ümidləri yoxdur... Niyə - çünki o torpaqlar onlar üçün dəyərli deyil... Niyə - çünki o torpaqlar onlara doğma deyil... Niyə - çünki humanizm deyilən nəsnədən nəsiblərini almayıblar...

 

İndi bütün dünya o şah misalı, baxsın, görsün, Qarabağ kimin "övladıdır"... Həyətindəki toyuq-cücəsi, heyvanı ac qalmasın deyə, evini tərk edərkən, qabağına yem tökən azərbaycanlınınmı, çıxarkən, "mənimdir" dediyi təbiətə sözün əsl mənasında od qoyanınmı...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR