Qənirə Paşayevadan Türk Dünyası birliyi ÇAĞIRIŞI

13:55 16-11-2020 | icon 86 | Cəmiyyət
Qənirə Paşayevadan Türk Dünyası birliyi ÇAĞIRIŞI

“Adı Lalə idi o qızın” poeması Azərbaycanla Özbəkistanın müxtəlif qurumlarına və oxuculara paylanacaq

 

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ictimai birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, "Zirvə" Tədris Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin bu günlərdə Azərbaycanda çap olunmuş “Adı Lalə idi o qızın” adlı poemasının onlayn təqdimatı baş tutub.

 

Versus.Az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibəti ilə təbrik edib, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi və dünyaya çatdırılması istiqamətində işlərin davam etdirildiyini qeyd edib.

 

O, Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda aparılan təbliğatı işlər, habelə erməni vandallarının işğalçılıq siyasəti, milli mədəniyyətimizə dəyən ziyan, ümumilikdə aqressiv siyasətin ifşasında mədəniyyətin, ədəbiyyatın üzərinə də mühüm vəzifələr düşdüyünü qeyd edib. Diplomat öz yaradıcılığı ilə yalnız Özbəkistanda deyil, bütün türk dünyasında tanınan, sevilən şairə Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” adlı poeması haqqında danışıb. Birinci Qarabağ müharibəsi zamanı öz ata-baba yurdundan didərgin düşən azərbaycanlı uşaq Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acılardan, məhv olmuş uşaqlıq arzuları, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izləri özündə əks etdirdiyini bildirib. O, əsərin təbliğatı əhəmiyyəti, olduqca maraqlı və xalqımızın iztirablarının dünyaya çatdırılması istiqamətində mühüm bir iş olduğunu vurğulayıb.

 

Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında Xasiyyət Rüstəmin iki qardaş xalq arasında ədəbiyyat, mədəniyyət istiqamətində çox böyük işlər gördüyünü, hər zaman Azərbaycanın yanında olduğunu ifadə edib. Xasiyyət Rüstəmin qələmə almış olduğu “Adı Lalə idi o qızın” adlı poeması da onun Azərbaycan insanının yaşamış olduğu ağrı-acılara həssas münasibətinin təzahürü olduğunu qeyd edib. Millət vəkili çıxışında poemanın qəhrəmanı olan Lalənin işğaldan azad olunmuş yurduna qovuşması və ondan sonrakı yaşamı haqqında Xasiyyət Rüstəmin bu əsərin ikinci hissəsini də qələmə alacağına inandığını bildirib.

 

Tədbirdə çıxış edən Özbək alimlər yazıçı, ədəbiyyatşünas, Əlişir Nəvai adına Universitetin dosenti Uluqbek Hamdam, tarixçi-alim Şuxrat Salamov, M. Uluqbek adına Özbəkistan Milli Universitetinin dosenti Şahlo Hacıyeva Azərbaycan-Özbəkistan arasında tarixi dostluq əlaqələri, erməni işğalının acı nəticələri, habelə əsərin baş qəhrəmanı Lalənin təsirli həyatı haqqında danışaraq, balaca qızcığazın obrazı ilə Xasiyyət Rüstəmin bütövlükdə Azərbaycan xalqının acılarını canlandırdığını qeyd ediblər.

 

Kitabın tərcüməçilərindən şair və publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı çıxışında Xasiyyət Rüstəmin qələmə almış olduğu poemasının bədii məziyyətlərindən, onun ictimai xadim kimi geniş miqyaslı fəaliyyətindən bəhs edib. O bildirib ki, xanım yazarın bu əsəri bədii məziyyətləri ilə bu mövzuda qələmə alınmış ən yaxşı əsərlər arasında ön sıralardadır.

 

Kitabın tərcüməçilərindən şair Elşən Əzim çıxışında əsərin tərcüməsi ilə məşğul olduğu zaman Xasiyyət Rüstəmin bir şair kimi Azərbaycanın səsinə poetik dillə çox yüksək səviyyədə səs verdiyinin, öz istedadı və bədii duyumunu çox ustalıqla əks etdirdiyini qeyd edib.

 

Kitabın redaktorlarından - şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar çıxışında Xasiyyət Rüstəmin qələmə almış olduğu əsərinin Qarabağ mövzusunda yazılmış ən yaxşı əsərlərdən biri olduğunu vurğulayaraq, gələcəkdə ədəbiyyat tədqiqatçılarının bu əsərə istinad edəcəklərinə inandığını ifadə edib.

 

Çıxış edən digər ziyalılar “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Özbəkistanın Karshi Dövlət Universitetinin dosenti Shohida Karomova, Özbəkistan Milli Elmlər Akademiyasının alimi, dosent Gülnaz Sattarova öz çıxışlarında iki qardaş xalq arasında olan sıx ədəbi-mədəni əlaqələrdən, şairə Xasiyyət Rüstəmin bu istiqamətdə sistemli və ardıcıl fəaliyyətindən, qələmə aldı poemanın bədii məziyyətlərindən geniş formada bəhs ediblər.

 

Təqdimat mərasimində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin Qarabağa dair yazılmış “Adı Lalə idi o qızın” adlı poemasının əsasında hazırladıqları ədəbi kompozisiya təqdim edilib.

 

Tədbirin sonunda çıxış edən Xasiyyət Rüstəm təqdimatda iştirak edən ziyalılara təşəkkür edib, kitabın nəşr olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, yeni çap olunmuş “Adı Lalə idi o qızın” adlı poema Azərbaycanın və Özbəkistanın müxtəlif qurumlarına və oxuculara paylanılanılacaqdır.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il