"Qarabağda separatşı rejim ləğv edilməsə, Azərbaycan hərbi əməliyyatlara başlamalıdır"

20:21 16-11-2020 | icon 182 | Siyasət
"Qarabağda separatşı rejim ləğv edilməsə, Azərbaycan hərbi əməliyyatlara başlamalıdır"

"Hələlik Azərbaycanı qayğılandıran məsələ Kəlbəcər, Laçın və Ağdamın boşaldılmasıdır"

 

Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərinin alınması ilə yekunlaşan döyüş əməliyyatları bu gün diplomatik korpusda davam edir. Meydanda Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın işğalçılardan təmizlənməsi prosesində müəyyən gecikmələr və narahatlıqlar var.

 

Xüsusən də Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Qarabağda yerləşən separatçı rejimin rəhbəri Araik Harutunyanla Rusiya və Ermənistan bayraqları altında görüşlər keçirməsi narahatlıq doğuran məqamlardandır. Versus.Az xəbər verir ki, bu barədə şərh verən politoloqlar Məhəmməd Əsədullazadə və Tofiq Abbasov bir sıra nüanslara diqqət çəkiblər.

 

 

 

"Bu, bütövlükdə Azərbaycanla Rusiya arasında bağlanan həmin bəyannaməyə ziddir"

 

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanla Rusiya arasında bağlanan 19 bəndlik bəyannamədə “Dağlıq Qarabağa” ərazi statusunun verilməməsi bütün erməni qoşunlarının ərazilərimizdən çıxarılmasını özündə ehtiva edir.

 

Politoloq eyni zamanda Rusiyanın regionda fərqli proseslərə əl atdığının göründüyünü də istisna etməyib. Bildirib ki, iki gün ərzində Türkiyə-Rusiya arasında gedən danışıqların nəticə verməməsi və Kəlbəcərin boşaldılmasının vaxtının uzadlması başqa məqamları ortaya qoyur. Onun fikrincə, əsas narahatlıq doğuran məqamlardan biri sülhməramlı qüvvələrin rəhbəri Rüstəm Muradovun Qarabağda qalan separatçıların rəhbəri Araik Harutunyanla keçirdiyi görüşlər və digər məqamlarla bağlıdır:

 

“Bu, bütövlükdə Azərbaycanla Rusiya arasında bağlanan həmin bəyannaməyə ziddir. Amma ehtimal oluna bilər ki, sülhməramlıların rəhbərliyi həmin ərazilərdə yerləşən işğalçı dəstələrin çıxarılması ilə bağlı danışıqlar aparır. Hər halda Azərbaycan dekabrın 1- ə kimi gözləmə mövqeyindədir və rəsmi Bakının bu istiqamətdə ciddi açıqlama verməməsi bununla bağlıdır.  Azərbaycan hələ ki, səbr nümayiş etdirir”.

 

Politoloq hesab edir ki, dekabrın 1-dən sonra proses yeni mərhələyə keçəcək:

 

“Azərbaycanın öz sözünü deyəcəyinə şübhə etmirəm. Ümid edirəm ki, Türkiyə-Rusiya arasında aparılan danışıqlarda ortaq məxrəcə gəlinəcək. Azərbaycanla Türkiyə dekabrdan başlayaraq Rusiyanın fəaliyyətinə nəzarət edəcək və Azərbaycanın müstəqilliyinə xələl gətirəcək hər hansı hadisələrin qarşısı alınacaq”.

 

Politoloq hesab edir ki, Harutunyanla sülhməramlı birləşmələrinin rəhbərinin rus-erməni bayraqları altında Azərbaycan ərazisində görüş keçirməsində həqiqətən də ciddi məqamlar var. Onun fikrincə, sülhməramlılar bununla Azərbaycanın suverenliyini təhdid edir:

 

“Hesab edirəm ki, bu məsələ ilə bağlı prinsipial mövqe ortaya qoyulmalıdır. Rusiya Xarici İşlər Nazirliyinə, Moskvaya qəti şəkildə etiraz bildirilməlidir. Çünki Rusiya sülhməramlılar adı altında erməni separatçılarından mandat almış kimi fəaliyyət göstərir. Bu yolverilməzdir və bəyannamələrə ziddir. Görünür ki, Azərbaycan bu məsələdə Rusiya ilə konfliktə getmək istəmir. Hələ ki, ortada 3 rayonun azad olunması var. Bütün hallarda Ermənistan artıq tamamilə məğlub olub. Yəqin ki, Azərbaycan tərəfi də müəyyən bir diplomatik gedişlərə nəzər edəcək və dekabrın 1-dən bu məsələlərlə bağlı çox ciddi addımlar atacaq, Araik Harutunyanın rejimi də Qarabağdan uzaqlaşacaq. Hələlik Azərbaycanı qayğılandıran məsələ Kəlbəcər, Laçın və Ağdamın boşaldılmasıdır”.

 

M.Əsədullazadə bildirib ki, Harutunyanın Qarabağda qalması Azərbaycan üçün ciddi narahatlıqdır və ola da bilər ki, sühməramlıların apardığı danışıqlar onların çıxarılmasına yönəlib:

 

“Türkiyə sülhməramlıları da Azərbaycana gələcək. Hazırda Türkiyə-Rusiya danışıqlarında yaranan dalan, türk sülhməramlılarının Xankəndi və Ağdərədə yerləşdirilməsi istəyi ilə bağlıdır. Rusiya buna mane olmağa çalışır və görünür ki, həmin ərazilərdə özünün planları var. Rusiya düşünür ki, Türk sülhməramlıları orda olsa onların siyasi planlarına mane ola bilər. Rusiya Qarabağda özü üçün müxtar idarəetmə üsülü yaratmaq istəyir. Lakin təbii ki, yanılır. Qarabağda separatşı rejim ləğv edilməsə Azərbaycan hərbi əməliyyatlara başlamalıdır.”

 

 

 

 

"Heç bir qüvvə Azərbaycanı onlara status verməyə məcbur edə bilməz”

 

Politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan ordusu uğurlara imza atsa da, proses bitməyib və erməni təxribatları onlar ölkəni tərk etməyənə qədər davam edəcək.

 

Onun sözlərinə görə, Ermənistan məğlub olsa da, onların cılız, düşük davranışlarının şahidiyik və burda Rusiyanın ermənilərin qarşısında götürdüyü öhdəliklər də nəzərə alınmalıdır:

 

“Biz döyüşdə axıra qədər gedə bilərdik. Amma onun sonrakı nəticələrinin necə olacağını heç kəs bilmirdi. Ona görə də ehtiyatlı siyasət aparıldı. Bu prosesdə Azərbaycanla Rusiya prezidentləri bir-birlərini eşitdilər”.

 

Politoloq bildirib ki, Qarabağda suyu bulandıran ermənilərin adından onların nümayəndəsi Harutunyanın  sülhməramlılarla görüşməsidir. Onun sözlərinə görə, hələ ki, bu olmalıdır. Çünki qondarma separatçı rejimin rəhbəri Araik Harutunyan indi də həmin səlahiyyətlərini yerinə yetirir:

 

"Çünki erməni işğalçılarının Qarabağda qalan tör-töküntülərinin adından danışa biləcək yeganə adam varsa, həmin o Araik Harutunyandır. O, bizim üçün heç kəsdir. Danışsınlar, nə edə biləcəklər ki. Bütün bu proseslərin dekabrın 1-ə qədər uzanacağını düşünürəm. Dekabrın 1-dən sonra prosesin özündə böyük geosiyasi düzənləmə olacaq. Əsas məsələ budur ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edir. Düzdür, hələ ki, onların hərbçilərinin hamısı ölkədən çıxmayıb. Amma dekabrın 1-ə qədər hamısı rədd olub gedəndən sonra  deyəcəyik ki, bərpa etdik. Amma erməni əhalisinin orada qalıb yaşaması məsələsi, öz üzərilərinə düşən məsələdir. Təbii ki, Azərbaycanda bizim ölkəyə qarşı cinayət törətməmiş, əli qanımıza batmamış  insanlar yaşaya biləcəklər. Necə ki, Bakıda, digər ərazilərimizdə ermənilər hələ də yaşayr, bundan sonra da istəsələr yaşaya biləcəklər. Amma Prezidentin də dediyi kimi, “status” məsələsi yoxdur, heç bir qüvvə Azərbaycanı onlara status verməyə məcbur edə bilməz”.

 

Politoloq bu gün Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun gedib Azərbaycan ərazisində yerləşən separatçı rejimin qalıqları, konkret Harutunyanla görüşü ilə bağlı detalların sonrakı mərhələdə müzakirə olunmasını daha məqsədəuyğun sayıb. Onun fikrincə, Azərbaycan alicənablıq, böyüklük göstərərək hücumu dayandırdı:

 

“Faktiki olaraq ermənilərə yazığımız gəldi. Halbu ki, onlar heç bir humanist münasibətə layiq deyillər. Onları axıra qədər qovmaq lazım idi. Amma burada üçüncü tərəf faktorunu da unutmaq olmaz. Bu prosesdə Rusiya və Türkiyə də iştirak edir. Rusiya hələ ki, birinciliyi öz boynuna götürüb və regionda böyük işlər görməlidir.  Ermənilər bu münaqişədə guya qalib olanda da ağlayırdılar. İndi görün onların ağlaşması, zarıması hara çatacaq. Rusiya bölgəyə özünün FHN-nin hissələrini gətirir ki, orda humanitar və çoxsaylı texniki əməliyyatlar keçirsin. Ona görə də dekabrın 1-ə qədər vaxtları qalır”.

 

T.Abbasov bildirib ki, Azərbaycanın bütün proseslərə münasibəti bəllidir, biz onların hamısını həll edəcəyik:

 

“Ayın 1-ə qədər biz bu prosesləri dözümlə, səbrlə qarşılayacağıq. Amma sonra proseslərdə çox böyük dəyişikliklər olacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik və bütün dünyaya da göstəririk ki, Ermənistandan fərqli olaraq biz etnik təmizləmə aparmırıq”.

 

Politoloq hesab edir ki, bu gün Qarabağda cinayətlər törətmiş Harutunyanın hansı səbəblə həbs edilməməsi ilə bağlı yaranmış suallara da aydınlıq gətiriləcək. Onun szölərinə görə, Azərbaycanda çox cinayətlər törətmiş, dinc yaşayış yerlərinə raketlər atmış ermənilərin adlarını bilirik və tanıyırıq:

 

“Onlar axtarışa da veriləcək, barələrində tədbirlər də görüləcək. Bu dəqiqə onun vaxtı deyil. İndi biz onlara vaxt vermişik, nə qələt edirlər etsinlər. Amma dekabrin 1-dən sonra bütün Qarabağda Azərbaycan bayrağı dalğalanacaq. Bilirik ki, Şuşa əsas strateji yerdir və onun açarını əlində saxlayan bütün Qarabağ bölgəsinə nəzarət edir. Biz bu proseslərin hamısında lazımlı tədbirləri görəcəyik, kimi lazımdı axtaracağıq və cəzasını verəcəyik”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA