Yağışlı hava şəraiti ilə bağlı Bakının sıxlıq olan küçələri - FOTO

11:01 17-11-2020 | icon 119 | Sosial
Yağışlı hava şəraiti ilə bağlı Bakının sıxlıq olan küçələri - FOTO

Gecə saatlarından davam edən yağışlı hava şəraiti ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın sıxlığı müşahidə edilir. 

 

Versus.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

 

O bildirib ki, yağışlı hava şəraiti paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq yaradıb:

 

“Əsasən, Bakının H.Əliyev prospektindən şəhər mərkəzi istiqamətində kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Moskva prospekti, Babək prospekti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi- Bayıl dairəsi, A.M.Şərifzadə küçəsi, M.Füzuli küçəsində bu dəqiqələrdə çox böyük subasma halları müşahidə olunur. Bu küçələr şəhərin əsas nəqliyyat yükünü öz üzərinə götürən küçələr olduğundan avtobusların intervalına da təsir edir”.

 

M.Ağayev vurğulayıb ki, yağışlı hava şəraiti ekspress avtobusların gecikməsinə də təsir göstərir:

 

“Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik.

Xüsusilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılması zəruridir. Sürücülərdən xahiş edirik, avtomobillərini qadağan olunan yerlərdə saxlamasınlar və yollarda hərəkət üstünlüyünü sərnişin avtobuslarına versinlər”.

 

“Yollarda sıxlığın aradan qaldırılması üçün yollara nəzarət artırılır, işıqforlarda yaşıl dalğa əmri tətbiq edilir ki, hərəkətlilik artsın”, - deyə M.Ağayev qeyd edib. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO