“Bu zaman pasientlərin yarısında sağqalma müddəti 5 ildir”

11:35 17-11-2020 | icon 167 | Sağlamlıq
“Bu zaman pasientlərin yarısında sağqalma müddəti 5 ildir”

Nərminə Abbasova: “Bu xəstəlikdən əziyyət çəkən insanlar qaraciyər xərçənginə görə risk qrupuna daxildir”

 

Qaraciyərin alkoqol xəstəliyi uzun müddət, sistemli şəkildə alkoqol qəbulu ilə əlaqəli olan qaraciyərin struktur və funksiyalarının pozulmasıdır.

 

Bu xəstəliklə bağlı Versus.Az-ın oxucularını Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA məlumatlandırıb.

 

Həkim-terapevt bildirib ki, bu patologiyadan əziyyət çəkən pasientlərdə iştahanın azalması, sağ qabırğaaltı nahiyədə küt ağrılar, ürəkbulanma, diareya, sarılıq, gecikmiş mərhələlərdə sirroz və qaraciyər ensefalopatiyası qeyd olunur. Nərminə Abbasova bildirib ki, diaqnoz USM, doppleroqrafiya, ssintiqrafiya, qaraciyərin biopsiyası və qanın biokimyəvi analizinə əsasən qoyulur. Həkimin sözlərinə görə, müalicəsi spirtli içkilərdən imtina, dərman qəbulu, ehtiyac olduqda qaraciyər transplantasiyasından ibarətdir.

 

Həkim deyir ki, qaraciyərin alkoqol xəstəliyi uzun müddət alkoqol tərkibli içkilərdən sui-istifadə edən insanlarda inkişaf edir:

 

“Patologiya piy, sirroz, alkoqol hepatiti ilə təzahür edir.

Alkoqol xəstəliyinin yaranma riski kişilərdə qadınlarla müqayisədə təxminən üç dəfə çoxdur. Belə ki, qadınlar və kişilərin alkoqoldan sui-istifadəsi 4:11 nisbətindədir. Lakin qadınlarda alkoqol xəstəliyi daha az miqdarda alkoqol qəbul etdikdə və daha sürətlə inkişaf edir. Bu, spirtin mənimsənilməsi, katabolizmi və xaric olmasının gender xüsusiyyətləri ilə əlaqəlidir. Dünyada tərkibində spirt çox olan içkilərin qəbulunun artması ilə əlaqəli olaraq qaraciyərin alkoqol xəstəliyi ciddi sosial və tibbi problemdir. Onun həlli ilə daha çox qastroenteroloqlar və narkoloqlar məşğul olur”.

 

Nərminə xanım qeyd edib ki, orqanizmə daxil olan etil spirtinin çox hissəsi (85%) alkoqoldehidrogenaza və asetatdehidrogenaza fermentlərinin təsirinə məruz qalır. Həkim bu fermentlərin qaraciyərdə və mədədə sintez olunduğunu vurğulayıb:

 

“Spirtin parçalanma sürəti genetik xüsusiyyətlərdən asılıdır. Alkoqol uzun müddət, müntəzəm şəkildə qəbul olunduqda onun katabolizmi sürətlənir və etanolun parçalanması nəticəsində əmələ gəlmiş toksik maddələr toxumalarda toplanır. Bu məhsullar qaraciyər toxumasına toksik təsir göstərərək qaraciyər parenximasının iltihabına, piy distrofiyasına və ya firbozlaşmasına səbəb olur. 10 ildən çox müntəzəm alkoqoldan sui-istifadə edənlərin, demək olar ki, 90%-də yaranan qaraciyərin alkoqol xəstəliyinin birinci mərhələsi qaraciyərin piy distrofiyasıdır. Patologiya bu mərhələdə, adətən, simptomsuz gedir. Xəstələr bəzən iştahasızlıq və sağ qabırğaaltı nahiyədə periodik ağrılar qeyd edirlər, ürəkbulanma mümkündür. Pasientlərin təxminən 15%-ində sarılıq qeyd olunur.

Kəskin alkoqol hepatiti də nəzərə çarpan klinik simptomlarsız gedir və ya letal sonlanmaya gətirib çıxaran ildırımsürətli ağır gedişata malikdir. Lakin alkoqol hepatitinin daha çox rastlanan əlamətləri ağrı sindromu (sağ qabırğaaltı nahiyədə küt ağrı), dispepsiya (ürəkbulanma, qusma, diareya), zəiflik, iştahanın pozulması və arıqlamadır. Qaraciyər mənşəli sarılıq (dəri sarımtıl rəng alır) da tez-tez rastlanan simptomlardandır. Klinik halların yarısında kəskin alkoqol hepatiti hipertermiya ilə müşayiət olunur.

Xroniki alkoqol hepatiti uzun müddət ağırlaşma və remissiya dövrlərinin növbələşməsi ilə gedir. Periodik olaraq mülayim ağrılar meydana çıxır - ürəkbulanma, gəyirmə, mədədə yanma hissi, qəbizliklə növbələşən diareya təzahür edə bilər. Bəzən sarılıq qeyd olunur.

 

N.Abbasova bildirdi ki, alkoqol sirrozunun sonrakı mərhələlərində qulaq seyvanı böyüyür. Onun sözlərinə görə, terminal mərhələdə olan qaraciyərin alkoqol xəstəliyinin xarakterik daha bir təzahürü Dupuytren kontrakturasıdır: başlanğıc olaraq ovucda IV-V barmaqların vətərləri üzərində birləşdirici toxumadan əmələ gəlmiş sərt düyünlər (bəzən ağrılı) aşkarlanır:

 

“Sonralar həmin düyünlər daha da inkişaf edir və patoloji prosesə əldarağı oynaqları da cəlb olunur. Pasientlər şəhadət barmaq və çeçələ barmağı bükərkən meydana çıxan çətinlikdən şikayətlənirlər. Sonralar həmin barmaqların tam hərəkətsizliyi baş verə bilər.

 

Həkim-terapevt qeyd edib ki, qaraciyərin alkoqol xəstəliyi tez-tez mədə-bağırsaq qanaxmalarına, qaraciyər ensefalopatiyalarına, böyrəklərin funksiyalarının pozulmasına gətirib çıxarır. Həkim onu da vurğuladı ki, alkoqol xəstəliyindən əziyyət çəkən insanlar qaraciyər xərçənginə görə risk qrupuna daxildirlər:

 

Qaraciyərin alkoqol xəstəliyinin diaqnostikasında anamnezin toplanması və pasientin uzun müddət alkoqoldan sui-istifadə etməsinin aşkarlanması mühüm rol oynayır. Həkim-hepatoloq və ya qastroenteroloq pasientin nə qədər müddət, hansı intensivliklə və hansı miqdarda spirtli içki içdiyini hərtərəfli aydınlaşdırır. Laborator müayinələr zamanı qanın ümumi analizində makrositoz, leykositoz, EÇS-in sürətlənməsi qeyd olunur. Metablastik və dəmirdefisitli anemiya təyin oluna bilər. Trombositlərin miqdarının azalması sümük iliyinin funksional tükənməsi ilə əlaqəlidir; bundan başqa, sirroz zamanı boş vena sistemində təzyiqin artması nəticəsində hipersplenizm simptomları meydana çıxır.

Qanın biokimyəvi analizində AST və ALT konsentrasiyasının yüksəlməsi qeyd olunur. Bundan başqa, bilirubinin miqdarı da yüksək olur. İmmunoloji analiz immunoqlobulin A-nın səviyyəsinin artmasını aşkarlayır. Gün ərzində tərkibində təmiz etanolun miqdarı 60 q-dan çox olan alkoqol qəbul etdikdə qan zərdabında karbohidratı kasad transferrinin miqdarı artır. Bəzən zərdab dəmirinin yüksək miqdarı qeyd oluna bilər.

 

Nərminə xanım bildirdi ki, qaraciyərin alkoqol xəstəliyinin diaqnostikası məqsədilə hərtərəfli anamnezin götürülməsi vacibdir. Onun sözlərinə görə, qəbul olunan alkoqollu içkinin növü, miqdarı və qəbuletmə tezliyi nəzərə alınmalıdır:

 

“Alkoqol xəstəliyinin olduğu ehtimal olunan pasientdə qaraciyər xərçəngi riskinin yüksək olması ilə bağlı qanda alfa-fetoproteinlərin miqdarı müəyyənləşdirilir. Onun konsentrasiyası 400 nq/ml-dən çox olduqda xərçəng haqda düşünülür. Pasientlərdə piy mübadiləsinin pozulması – qanda triqliseridlərin miqdarının yüksəlməsi qeyd olunur.

Alkoqol xəstəliyinin diaqnostikasına kömək edən instrumental metodlara qaraciyərin və qarın boşluğu orqanlarının USM-i, qaraciyərin MRT-i, doppleroqrafiyası, KT-i, radionuklid müayinə və qaraciyər toxumasının biopsiyası aiddir.

Qaraciyərin USM-ində orqanın ölçülərinin və formasının dəyişilməsi, piy distrofiyası əlamətləri görünür. Ultrasəs doppleroqrafiya portal hipertenziya və qaraciyərin vena sistemində təzyiqin yüksəlməsini təyin edir. Kompyuter və maqnit-rezonans tomoqrafiya qaraciyər toxumasını və onun damar sistemini daha yaxşı qiymətləndirməyə imkan verir. Radionuklid skanlama zamanı qaraciyər paylarında diffuz dəyişikliklər aşkarlanır. Bu metod qaraciyərin sekresiya və öd sintezi sürətini müəyyənləşdirə bilir. Alkoqol xəstəliyinin yekun təsdiqi üçün qaraciyərin biopsiyası aparılır və əldə olunmuş material histoloji analiz olunur.

 

Həkim-terapevtin sözlərinə görə, qaraciyərin alkoqol xəstəliyinin müalicəsində alkoqol qəbulundan tam və birdəfəlik imtina mütləq şərtdir. Onun sözlərinə görə, yalnız bu, vəziyyətin yaxşılaşmasına, steatozun erkən mərhələsində sağalmaya gətirib çıxara bilər:

 

“Qaraciyərin alkoqol xəstəliyindən əziyyət çəkən pasientlərə həm də pəhriz təyin olunur. Kafi kalorili, zülal, vitaminlər və mikroelementlərlə balanslaşdırılmış qidalanma mütləqdir. Belə ki, alkoqoldan sui-istifadə edən insanlar hipovitaminoz və protein defisitindən əziyyət çəkirlər. Pasientlərə multivitamin kompleksləri tövsiyə olunur. Güclü anoreksiyada parenteral və ya zondla qidalanma həyata keçirilir.

Dərman terapiyası dezintoksikasiya tədbirlərindən ibarətdir. Qaraciyər toxumasının regenerasiyası üçün essensial fosfolipidlər təyin olunur. Onlar hüceyrə membranının struktur və funksiyalarını bərpa edir, fermentləri və hüceyrələrin müdafiə xüsusiyyətlərini stimulyasiya edir. Kəskin alkoqol hepatitinin həyati təhlükəli ağır formasında kortikosteroidlər təyin olunur. İnfeksiyalar və mədə-bağırsaq qanaxmaları bu preparatların təyininə əks göstərişdir.

 

Nərminə xanım deyir ki, qaraciyər sirrozu, bir qayda olaraq, simptomatik terapiya və meydana çıxmış ağırlaşmaların müalicəsini tələb edir. Həkim-terapevtin sözlərinə görə, xəstəliyin terminal mərhələsində xəstələrə donor qaraciyərin transplantasiyası tövsiyə oluna bilər:

 

“Bu cərrahi əməliyyatın həyata keçirilməsi üçün ən azı yarım il alkoqoldan tam imtina etmək lazımdır. Qaraciyərin alkoqol xəstəliyinin proqnoz və profilaktikasına gəlincə, proqnoz birbaşa xəstəliyin mərhələsindən, müalicənin başlanma vaxından, həkim tövsiyələrinə düzgün əməl olunub-olunmamasından və alkoqoldan tam imtinadan asılıdır. Steatozun mərhələsi geri dönən olduqda və lazımi terapevtik tədbirlər həyata keçirildikdə qaraciyərin fəaliyyəti bir ay ərzində bərpa olunur. Sirrozun inkişafı öz-özlüyündə qeyri-kafi sonlanmaya malikdir. Bu zaman pasientlərin yarısında sağqalma müddəti 5 ildir. Bu mərhələdə qaraciyər xərçəngi təhlükəsi də var. Qaraciyərin alkoqol xəstəliyinin profilaktikası alkoqoldan sui-istifadə etməməkdən ibarətdir”.

 

DİQQƏT!

Həkim-terapevt Nərminə Abbasova qaraciyərin alkoqol xəstəliyidən əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI