Deputat Qazaxıstanlı politoloq və bloqgerlərlə görüşüb - FOTO

16:42 17-11-2020 | icon 119 | Cəmiyyət
Deputat Qazaxıstanlı politoloq və bloqgerlərlə görüşüb - FOTO

Qənirə Paşayeva: "Artıq zəfər hekayələri yazılacaq və onları da qazax qardaş-bacılarımızla paylaşacağıq”

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ölkəmizdə səfərdə olan Qazaxıstan politoloq və bloqgerlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, qardaş ölkədən gəlmiş politoloq və bloqgerləri salamlayan Komitə sədri onların əlsində qonaq olmadığını, bir vətənlərindən o biri vətənlərinə gəldiklərini vurğulayaraq, Qazaxıstan-Azərbaycan dostluq-qardaşlıq münasibətlərinin tarixindən, bugünündən və gələcəyə ortaq baxışdan danışıb.

 

Məhz qazax politoloq və bloqgerlərin bizimçün həssas günlərdə respublikamıza səfərə gəlməsinin özünü də qardaşlığın təsbiti kimi qiymətləndirən Qənirə Paşayeva, belə ixtisaslaşmış heyətin müşahidələrinin, yazdıqlarının xüsusi önəm daşıdığını deyib.

 

Qazaxıstana səfərlərini, eləcə də, Azərbaycana səfər etmiş qazax ziyalıları ilə çoxsaylı görüşləri xatırladan Qənirə Paşayeva, ziyalıların qardaşlıq bağlarının möhkəmlənməsi və həqiqətlərin yayılmasında müstəsna rol oynadığını bildirib:

 

“Mən çox məmnunam ki, bu gün sizinlə görüşüb, fikir mübadiləsi aparırıq. Məlumat vermək istərdim ki, Beynəlxalq Türk Akademiyası ilə birgə hazırladığımız “İtirdiyim xoşbəxtlik” adlı antologiyanın birinci cildi bugünlərdə Nur-Sultanda qazax dilində nəşr olunub. Antologiyada Qarabağ hekayələri toplanıb. Adından da gördüyünüz kimi, insan üçün ən ağır itkidən – qeyb olan, uzun illər əlimizdən alınan xoşbəxtlikdən söz açılıb o hekayələrdə - oğurlanan uşaqlıq, yarıda qalan arzular, qırılan talelər... – bunlar bizim acı amma gerçək həyatımız, ömrümüz olub... Biz o hekayələri yazanda və antologiyanı tərtib edəndə torpaqlarımız işğal altındaydı. İndi çox şükür, müzəffər Azərbaycan Ordusu torpaqlarımızı azad edib. Artıq zəfər hekayələri yazılacaq və onları da qazax qardaş-bacılarımızla paylaşacağıq”.

 

Qənirə Paşyeva Qazaxıstanlı heyət üzvlərindən daha öncədən tanıdıqlarının olduğunu, yeni tanışlıqlardan da çox məmnun qaldığını qeyd edib.

 

Qazaxıstanlı heyət üzvlərindən Nurqali Jusufbay (Ea-news.kz portalının baş redaktoru), Ashat Kasenqali (Bloqer, politoloq), Samat Nurtaza (Avrasiya İnteqrasiya İnstitutu, politoloq), Almas Altay (Bloqer), Kuanış Edilxanov (Bloqer), Serik Maleyev (Halyk.kz “youtube” kanalının və Altyn-Orda.kz saytının rəhbəri), Baurjan Serikbayev (Politoloq), Nurgeldi Usbonov (Abai.kz saytının baş redaktoru), Aman Mambetaliyev (Bloqer, politoloq) çıxış edərək, respublikamıza səfər təəssüratlarını bölüşüblər.

 

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə, qazax ziyalıları 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsinin zəfərlə başa çatması münasibəti ilə Azərbaycan xalqına öz təbriklərini, istək və arzularını çatdırıblar.

 

Qənirə Paşayeva görüş bitdikdən sonra qazax KİV-lərinə müsahibə verib, onları maraqlandıran sualları cavablandırıb.

 

Görüşdə “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, araşdırmaçı-yazarlar Əkbər Qoşalı, Aida Eyvazlı və Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli iştirak edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR