BMT baş katibi ermənilərin Qarabağdakı cinayətləri barədə məlumatlandırılıb

08:12 18-11-2020 | icon 47 | Siyasət
BMT baş katibi ermənilərin Qarabağdakı cinayətləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

 

Versus.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında bildirilir.

 

Məlumata görə, Ceyhun Bayramov atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli birgə bəyanatın icrası ilə bağlı vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb.

 

Azərbaycanın işğaldan azad olunan ərazilərinin tamamilə dağıdılması, bu ərazilərdəki bütün infrastrukturun yerlə yeksan olunması, eləcə də razılaşmaya əsasən qısa zamanda Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdəki qeyri-qanuni hərbi birləşmələr və qanunsuz məskunlaşan insanlar tərəfindən hazırda törədilən cinayət xarakterli əməllər, o cümlədən ətraf mühitə zərər verilməsi, meşələrin qırılması, evlərin yandırılması, mədəniyyət abidələrinin talan edilməsi və s. Baş katibin diqqətinə çatdırılıb.

 

Ceyhun Bayramov bütün bölgənin bərpası ilə bağlı geniş miqyaslı işlərin görülməsinin tələb olunduğu qeyd edərək, bu xüsusda Azərbaycanın həyata keçirəcəyi tədbirlər çərçivəsində müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlıq etmək niyyətini ifadə edib.

 

Baş katib Antonio Quterreş hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasının razılıqla qarşıladığını vurğulayıb.

 

Baş katib ərazilərin bərpası ilə bağlı məsələdə BMT-nin oynaya biləcəyi vacib rolu qeyd edib, o həmçinin məcburi köçkünlərin öz evlərinə geri dönməsi ilə bağlı müvafiq dəstəyin göstərilməsinin vacibliyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il