Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub

08:15 18-11-2020 | icon 37 | Cəmiyyət
Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub

Ermənistanın girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub.

 

Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

 

O bildirib ki, ermənilər girovu əvvəlcə Ermənistanın Qoris rayonuna, oradan isə Şıraka aparıblar:

 

“Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Qorisə aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır”.

 

K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər:

 

“Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

"Ermənilərin apardıqları kilsə zəngi tarixi mahiyyət daşımır"

19 yaşlı qəhrəmanımız haqqında əfsanələr dolaşır

Ermənilər Laçını kütləvi şəkildə tərk edir - FOTO

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək?

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Dağlıq rayonlarda qar yağdı

Messinin klubdan getməsini istəyib

Tarix müəllimi şəhid olub

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO