Göyçayda dəhşətli avtomobil qəzası

08:44 18-11-2020 | icon 68 | Hadisə
Göyçayda dəhşətli avtomobil qəzası

Göyçay rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə gecə saat 02:30-da Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Göyçay şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlu 99-HA-350 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Çingiz Rzayev və sərnişinləri, Göyçay sakinləri 1987-ci il təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlu və həmyaşıdı Zeynalov İlham İlqar oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilərək müxtəlif kəsici alətlərdən istifadə olunmaqla onların avtomobildə sıxılıb qalmış meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI