"Doğru yanaşma, doğru tövsiyyə və doğru nəticə"

10:43 18-11-2020 | icon 78 | Siyasət
"Doğru yanaşma, doğru tövsiyyə və doğru nəticə"

Razi Nurullayev: "Qarabağın azadlığa qovuşduğu bir vaxtda onların həbsdə qalması doğru olmazdı"

 

“Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı təqsirləndirilən 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb. Azad olunanlar içərisində xeyli müxalif siyasətçilər var. Bu, doğru yanaşma oldu".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Partiya sədri qeyd edib ki, Qarabağ azadlığına qovuşur və belə bir gözəl gündə onların həbsdə qalması doğru olmazdı:
 
 
"Doğru yanaşma, doğru tövsiyyə və doğru nəticə. Bu gün ölkədə siyasi proseslərin doğru idarə olunması və zamanında atılan addımlara görə şadam. 21 nəfər siyasi fəalın PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti nəticəsində azad edildiyini güman edirəm. Belə də olmalı idi.
İndi yeni siyasi konfiqurasiya yaranır və biz bu yanaşmanı daha da inkişaf etdirməli və keçmişə sürüklənməkdən qaçmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə sonlanmasından sonra qarşımızda daha böyük siyasi, geopolitik və regional çağırışlar var. Onun üçün də bizim dəyərlərə, dövlətçiliyə, qanunlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağımız zəruridir".
 
 
Deputat siyasi mədəniyyətin də günü-gündən daha sıx oturuşduğu bir cəmiyyətin parçası olaraq, dövlət və xalq üçün daha səmərəli fəaliyyət göstərməyin mümkünlüyünə inamını ifadə edib:
 
"Azadlığa çıxan bütün şəxslərə aydın səma və təlatümsüz həyat arzulayıram".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO