"Bu tarixin dekabrın 1-dən o tərəfə uzadılacağını sanmıram"

10:51 18-11-2020 | icon 71 | Siyasət
"Bu tarixin dekabrın 1-dən o tərəfə uzadılacağını sanmıram"

Bəhruz Məhərrəmov: "Heç kim bizi 1990-cı illərin Azərbaycanı ilə qarışıq salmasın"

 

“Heç kim bizi 1990-cı illərin Azərbaycanı ilə qarışıq salmasın. Biz ermənilərə ongünlük müddəti həqiqətən hava şərtlərinin, iqlimin sərt olmasını nəzərə alaraq verdik. Bunların hamısı ümumi qrafik daxilində oldu. Dekabr ayının 1-dək erməni əsgəri onsuz da bölgələrimizdən çıxacaq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasnda millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib.

 

O qeyd edib ki, ümumi razılaşma dekabrın 1-nə qədərdir və bu müddətə qədər verilən qrafiklə ermənilər Azərbaycan torpaqlarından ordusunun tör-röküntüsünü çıxarmalıdır:

 

"Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 15 noyabradək Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması vaxtının Azərbaycan humanistlik nümayiş etdirərək 25 noyabradək uzadılmasına razılıq verib. Lakin bu, birtərəfli qarşılanmamış və Ermənistan tərəfinin bəyanatın şərtlərini pozduğu müzakirə edilirdi. Vətəndaşılarımız da illərdir bu rayonların işğaldan azad olunmasını gözləyirdi. Əlbəttə, vətəndaşlar üçün narahatlıq və bu cür düşüncələr normaldır ki, Ermənistana vaxt verilməməli idi. Lakin necə ki biz bu bəyənatın imzalanmasında Ali Baş Komandanımıza güvənmişdik, bu gün o güvənimiz daha güclü olmalıdır. Nəzərə alaq ki, Rusiya kimi böyük dövlətin başçısı Azərbaycan Respublikasının Prezidentinə belə bir müraciət edib və xahiş onun tərəfindən gəlibsə, biz bu müraciəti onun zaminliyi kimi qəbul edib, möhləti vermişik. Müdafiə Nazirliyinin açıqlamasından da gördük ki, Azərbaycan Ordusu torpaqlarımızda tam kompleksləşmiş şəkildə yerləşməyə hazırdır. Vətəndaşların narahatlığı anlaşılandır, başadüşüləndir, amma biz dövlətimizə və dövlət rəhbirimizə güvənməliyik. Ordu həmin ordudur, dövlət həmin dövlətdir".

 

Deputat bildirib ki, vaxtilə məcburi köçkünlərə Kəlbəcərdən çıxarkən hansı formada möhlət verildiyini, Xocalıda açılan humanitar dəhlizdə insanların başına necə müsibətlərin gətirildiyini hamı xatırlayır:

 

"Amma onlar ermənilərdir, biz isə azərbaycanlıyıq. Bizim də fərqimiz bundan ibarətdir. Onlar Gəncəni, Bərdəni və mülki əhalini atəşə tuturdular. Lakin biz döyüş meydanında qisasımızı aldıq. Hədəf olaraq hərbiçiləri seçdik".

 

Bəhruz Məhərrəmov ermənilərin digər rayonlardan çıxarkən belə möhlət istəmə ehtimalına da aydınlıq gətirib:

 

“Mən düşünmürəm ki, onlar digər rayonlar üçün də belə bir möhlət istəyərlər. Çünki Ağdam və Laçın kimi rayonların relyefi Kəlbəcər kimi deyil. Bu tarixin dekabrın 1-dən o tərəfə uzadılacağını sanmıram”. /e-huquq.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

"Ermənilərin apardıqları kilsə zəngi tarixi mahiyyət daşımır"

19 yaşlı qəhrəmanımız haqqında əfsanələr dolaşır

Ermənilər Laçını kütləvi şəkildə tərk edir - FOTO

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək?

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Dağlıq rayonlarda qar yağdı

Messinin klubdan getməsini istəyib

Tarix müəllimi şəhid olub

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO