Dağlıq rayonlarda qar yağdı

15:34 18-11-2020 | icon 899 | Gündəm
Dağlıq rayonlarda qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

 

Düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Maştağa, Binədə 4, Bakıda 2, Çilov adası, Neft Daşlarında 1 mm-dək olub.

 

Qar örtüyünün hündürlüyü Qrız, Sarıbaş, Xınalıqda 1 sm olub.

 

Şimal küləyi arabir Salyanda 18 m/s-dək güclənib.

 

Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13, Aran rayonlarında 11-17, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 12-17 dərəcə isti olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR