“Azərbaycanın bu qətliamlara qarşı öz mübarizəsindən əl çəkməyəcək”

17:05 27-10-2020 | icon 44 | Cəmiyyət
“Azərbaycanın bu qətliamlara qarşı öz mübarizəsindən əl çəkməyəcək”

 

Ermənistanın Azərbaycan bölgələrində mülki vətəndaşlara-qadınlara, uşaqlara və əlilliyi olan şəxslərə qarşı  terroru  davam edir. Son olaraq Bərdəyə atılan qadağan olunmuş kasetli raketin zərbəsi nəticəsində 4 nəfər mülki vətəndaşımız qətlə yetirildi. Terrorçu, vandal Ermənistanla öz başa düşdüyü dildə danışılmalıdır. Beynəlxalq ictimaiyyət niyə Ermənistana sualı vermir ki, “niyə mülki əhalinin yaşadığı yerləri bombalayıb, uşaqları qatlə yetirirsən, niyə?..

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Məhluqə Qaramanlı maraqlı məqamlara toxunub.

 

- Məhluqə xanım, son 30 gündə erməni hərbçilərinin yaşayış məntəqələrimizə atdığı raketlər, atəşlər nəticəsində mülki əhalimiz arasında, uşaqlar, qadınlar, qocalar olmaqla qətlə yetirilənlərin sayı az qala 100-ə çatır. Ermənistanın bu vəhşiliyinə qarşı Azərbaycan insanının bəlli tələbi var: uşğalçı torpaqlarımızdan rədd olmalı, cinayətkar cəzalanmalıdır. Siz nə söyləyərdiz?

- Ermənistan sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirməklə bir daha dünyaya meydan oxumağa başladı. Ermənistan beynəlxalq humanitar hüququn, həmçinin insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi insanlığa sığmayan hücumlara məruz qoyaraq qəsdən qətlə yetirir. Qəsdən diqqəti Qarabağın işğal altında olan ərazilərindən yayındırmaq üçün ölkənin müharibə ərazilərindən uzaqda olan Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər  bölgələrini davamlı olaraq  atəşə tutur, mülki vətəndaşlara, qadınlara, uşaqlara və əlilliyi olan şəxslərə qarşı  dövlət tərəfindən hazırlanmış terror hadisələrini davam etdirir. Həmin ərazilərdə olan insanlar qorxu altında yaşayırlar. Hər gün ölümlə üz-üzə qalan, daimi təhlükə gözləmələrinə baxmayaraq yerli əhali öz evlərini tərk etmirlər.

Ermənilər bir daha regionda bu hərkətləri ilə dünyada terrorçu kimi tanındıqlarını sübut edirlər. İnsanlara qarşı törətdikləri ağır cinayətlərin mahiyyətini bir daha dünyaya nümayiş elətdirirlər. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhalisi bombardman edilmiş və nəticədə mülki əhali və hərbi qulluqçulardan ciddi xəsarət alaraq həlak olub və yaralanıblar. Mülki vətəndaşların əmlaklarına və mülklərinə ciddi ziyan dəyib. Hər gün Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlarından əl çəkmirlər. Cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin hazırda Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir.

Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Ölkəmiz  tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirləri  kimi tələblər çox ciddi şəkildə diqqətlə nəzərə alınır. Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Ermənilərdən fərqli olaraq rəhbərliyimizin göstərişi ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandanımız, Prezidenti İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfinə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq. Göründüyü kimi regionda müharibə vəziyyətinin yaradılması, mülki insanlara qarşı törədilmiş müharibə cinayətlərinə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır. Ermənilərin hər biri anadan cinayətkar doğulur, cinayətkar kimi böyüdülür, sözün əsil mənasında nasist, terrorist kimi formalaşırlar. Dünyada  baş verən terror hadisələrinin başında duranlar “Böyük Ermənistan” xülyası ilə xəstələnən ermənilərdir. Hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, beyinləri zəhərlənmiş erməniləri dünyanın bədbəxt insanları hesab edirəm.

- Gəncə hadisəsini  BMT, YUNİSEF və digər beynəlxalq qurumların bu məsələ ilə əlaqədar dünya üzrə hesabatları kontekstində necə şərh etmək olar. Bu qurumların Gəncədə və digər rayonlarda  öldürülən uşaqların, əlil olan qadınların haqqının tanınması uğrunda hansısa cəhdləri görünürmü?

 -Azərbaycana qarşı  ermənilər tərəfindən haqsız torpaq iddiaları hər birimizi Azərbaycan vətəndaşı olaraq daha çox narahat edir. Bəli, Xocalı soyqırımı erməni terrorçuları tərəfindən təkrarlandı. Gəncə hadisələrinin baş verməsi olduqca ağır, ürəksıxıcı, Xocalı hadisələrinin bizim üçün yeni tərkib hissəsi kimi yaddaşımıza həkk olundu. Gəncə hadisələrinin təhlili yoxdur. Qaniçən erməni nasistləri yatmış şəhərin üzərinə gecənin bir vaxtında ağıla gəlməz hücumların təşkili olduqca ürək ağrısı ilə yaddaşlarımıza hopdu. Bu mənzərənin bir təhlili var ki, oda ermənilərin terrorçu olmalarını Gəncə hadisələri sübut edir. 

Azərbaycan hökuməti atəşkəsə hazır idi. Müharibənin ağır fəsadlarının qarşısının alınması üçün oktyabrın 10-da Moskvada Azərbaycan Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Laki bəyanatın verildiyi gündən bir gün sonra ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə oktyabrın 17-də ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vladimiroviç Gəncəyə bibisigilə qonaq gəlmişdi. Bildiyimiz kimi erməni terrorçuları Tərtər rayonunun və kəndlərinin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Biz Gəncə hadisəsini tərəfimizdən bir çox QHT-r kimi dünyaya çatdırma imkanını əldə edə bildik.

Bu gün bütün beynəlxalq qurumlara , o cümlədən  BMT, YUNİSEF və digər beynəlxalq qurumların bu məsələ ilə əlaqədar dünya üzrə hesabatları kontekstində necə şərh ediləcəyini zaman göstərəcək. Dünya ermənilərin iç üzünü artıq görür. Düşünürəm ki, xaricdə yaşayan erməni lobbiləri, əsasəndə canilər yetişdirən “ASALA TERROR TƏŞKİLATI” və digər terror təşkilatları hər vəchlə bu cinayətlərin üstünü ört- basdır etməyə çalışırlar. Erməni yalanlarından nümunələr göstərirəm. Gəncə terrorunun qurbanı olan uşaqların şəkillərini özlərininki kimi mətbuatda işıqlandırılması hallarına rast gəlirik. Bu bir cinayətdir. Ermənilərin cani, terrorçu,  ikiüzlülüyü hər yerdə özünü göstərir. Dünyanın  Gəncə hadisələrində susmağa haqqı yoxdur. Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar Gəncədə öldürülən uşaqların, əlil olan qadınların haqqının tanınması uğrunda  mübarizə aparırlar. Beynəlxalq qurumlara müraciətlər edirlər. Azərbaycan cəmiyyəti hamılıqla ölkəmizin prezidentinin yanındadır.

Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini 27 noyabr 2020 –ci il tarixində raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.

Göründüyü kimi hər gün bu kimi hadisələr baş verir. Mülkü əhalinin evləri dağılır, insanlar həlak olur. Təssüf ki, bir çox ölkələr bu haqsızlığı başqa cür yanaşır. Haqqın ermənilər tərəfində olmasını təsdiqləmək istəyən ölkələr içərisində müsəlman ölkələrinin olması da təccüb doğurur. Hələdə ermənilər tərəfindən Azərbaycanın müharibə altında olmayan əraziləri də intensiv olaraq ağır silahlardan hücumlara məruz qalmaqdadır.

-Məhluqə xanım, ermənilərin Azərbaycana qarşı terrorunun tarixi daha dərinə gedir. Lakin istərdim təkcə 1992-ci il Xocalı soyqırımının tördəildiyi həmin dəhşətli günləri, bu gün Gəncədə, Bərdədə baş verən erməni qətliamlarını müqayisə edib, Azərbaycanın bu qətliama qarşı hazırkı məğrur duruşunun səbəblərinə toxunasız...

-Bildiyimiz kimi ermənilərin nəinki Azərbaycana qarşı, eləcədə ümumilikdə türk millətinə terrorunun tarixi daha dərinə gedir. Onlar hər yerdə zaman-zaman türk liderlərini, siyasətçilərini qətlə yetiriblər. Özlərini isə guya erməni genasidi adı altında pərdələyiblər. Hər zaman arxadan vurulan zərbələr ermənilər tərəfindən həyata keçirilib. Bizlər isə onlara qucaq açıb, torpaq vermişik. Elə hələ 100 illik tarixi bu il başa çatan 99 kv km ərazimizi və İravan şəhərimizi ermənilərə mərkəz verdilər. Nəticədə bütün azərbaycanlı əhali 1890-cı ildən indiyə kimi zaman- zaman qovularaq yerində bir mono erməni dövləti yarandı.

Xocalı soyqırımının 1992-ci il tördəildiyi həmin dəhşətli günləri xatırladıqca ürpəşirəm. Uşaqlara, qadınlara qarşı işgəncələrin edilməsi heç yaddaşımdan çıxmaz. Əsr, girovlarımızla qeyri insani davranışları, onlara hələ də verilən işgəncələri, ən ağır işlərdə işlədilmələrini xatırladıqca, bu gün Gəncədə baş verən hadisəni müqayisə etməklə oxşarlıqları eynidir. Erməni milləti üçün heç nə adil deyil. Nədən bizim kimi insanlara-olduqca mülayim, mədəni xarakterli əhalimizə belə vəhşilərlə qonşuluq nəsib etdi, Allahım. Axı onlardan qonşu olmaz. Azərbaycanın bu qətliamlara qarşı öz mübarizəsindən əl çəkməyəcək. Gəncə hadisələrini ermənilərə bağışlamayacağıq. Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktından sonra, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev açıq şəkildə dedi ki, “Biz Qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik”. 

Azərbaycanın Prezidenti cənab İlham Əliyevin çıxışından sitat gətirmək istərdim: “Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub”.

Bildiyimiz kimi  Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Təssüf ki, bu ölkələr öz missiyalarını yerinə yetirə bilmədilər. Bir tərəfli möve tutdular terorçuları silahlandırdılar və hal- hazırda da silahlandırılar. Bunlar artıq sülh məramlılar adı daşıya bilməz. Qarabağımızın erməni terroristlərindən təmizlənmə missiyasını mənim rəhbərim, mənim əsgər və zabitim, mənim yenilməz xalqım yerinə yetirir.

 Göründüyü kimi 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır lakin bütün danışıqların sonunda Ermənistan yeni təxribatlara əl ataraq bütün prosesi iflic vəziyyətə salır. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.  Artıq dünya ictimaiyyəti həqiqətləri bilir. Tezliklə ölkəmizdə erməni vandalizminə son qoyulacaq. Artıq dünya ölkələri bizim haqq səsimizin tərəfindədir. Erməni dövləti isə özünün son günlərini yaşayır. İravan, Göyçə, Qaraqoyunlu, Zəngəzur torpaqlarımızın azadlığına lap az qalıb. Zəngəzur karidorunun açılması, Naxcıvan, Azərbaycan arasında olan sərhəddin açılması məsələləri gündəmə gətirilməsinə az qalıb. Ermənilərin torpaqlarımızdan gəldikləri yerlərə qayıtmalarına az qalıb. Mən buna tam əminəm. Tezliklə qan yaddaşımız olan 1890, 1918, 1948, 1953, 1988-ci illər, 6000 000 Azərbaycanlıların ermənilər tərəfindən, rus qardaşlarının dəstəyi ilə çıxarılması tarixlərinə son qoyulacak. Ölkəmizin Pezidenti çox hörmətli, xalqının əsl sevimli sərkərdəsi İlham Əliyevin  ağıllı, uzaq görən siyasətinin nəticəsində ən yeni tarix yazıldı. Azərbaycanın qara ləkəsi olan 1805-ci il- Kürəkçay Müqaviləsi, 1813-cü il Gülüstan Sülh Müqaviləsi, 1828-ci il Türkmənçay müqaviləsi Azərbaycanın Rusiya və İran tərəfindən işğalçılıq siyasətinə məruz qaldığı ağır zamanları xatıqrlamamaq mümkünsüzdür. SSRİ tarixi bizə öz tariximizi belə unutdurmuşdu. Tariximiz haqqında heç nə bilmirdik. Şükürlər olsun ki, cənab prezidentin göstərişi ilə tarixçilərimizin zehni gücü, vətənə bağlılığı ilə, tarix insititutunda həqiqətlərimizin üzə çıxması, kitabları müxtəlif dillərə nəşr edətrək paylanılması davamlı təşkil olunur. Elmi konfranslarda tarixçilərimizin çıxışları qürurvericidir. Bu gün Azərbaycan tarixi öz haqqını bərpa edəcəkdir..  

-İctimai təşkilat olaraq, mülki əhaliyə qarşı törədilən erməni cinayətlərin qurbanları ilə hansı görüşlər, hansı tədbirlər keçirmisiz?

  -  Azərbaycanın qeyri-hökumət təşkilatları Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara  Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında müraciət ünvanlayıblar. Həmin müraciəti 502 QHT-nin imzası ilə təsdiq olunmuşdur. Hər gün davamlı olaraq sosial şəbəkələrdə erməni blogerləri, nasistləri ilə döyüşürük. İnformasiya müharibəsində QHT rəhbərlərinin hər birinin danılmaz əməyi vardır. Hər birimiz vətənimiz üçün daha ağır cəbhədəyik. Dünyanın gerçəkliyini, bir tərəfli mənzərəsini görürük. Rusiya kanallarında siyasətçilərin həqiqətin Azərbaycan tərəfində olmasına baxmayaraq erməni maliyyəçilərinin pulları ilə satın alındıqları açıq – aşkar özünü göstərir. Əlbətdə ki, bizim də bu sahədə onlara tutarlı cavablarımız davamlı olur. Müxtəlif dillərdə dünyanın hər yerinə səpələnən ermənilərin diktovkası ilə işləyənlərə cavablarımız ermənilərə qarşı dırnaq arası olan dostluqlarının məhvinə səbəb oluruq. Azərbaycan QHT-ri hər zaman xalqının yanındadır. Azərbaycan xalqı Prezidentinə arxalanır, inanır. Bu ağır azadlıq savaşımızda prezidentimizin, xalqımızın, əsgərimizin əsil dəstəkçisiyik.

- Bu gün Azərbaycan Ordusunun rəşadətli döyüşləri, uğurları Azərbaycan qadını olaraq sizdə hansı inamı yaradır?

-Azərbaycan hər zaman mənfur işğalçıların təxribatları ilə üz-üzə qalıb. Tariximiz bütün işğal altında olan ərazilərimizdə tamamilə saxtalaşdırılıb. Hər yerdə guya ermənilərə məxsusluğunu bildirən işarələr həkk olunub. Bu isə tarixi abidələrimizə qarşı erməni vandalizminin bir növüdür.  Biz torpaqlarımızı azad etdikcə, qondarma yalançı tarix üzərində qurulan saxtalıqları onsuz da aradan götürəcəyik. Bütün dünya ictimaiyyəti və bütün təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Azərbaycan qadını olaraq ölkəmin Ali Baş Komandanına, müzəffər əsgər və zabitlərimə inanıram. İnanıram ki, torpaqlarımız işğaldan ən tez zamanda azad olunacaq. Məcburi köçkün həyatı yaşayan insanlar öz doğma məkanlarına qayıtmağa hazırlaşırlar. Hamılıqca millətimiz coşqu içərisindədir. Artıq o yurdlarımızı ölü vəziyyətinə salan nankor qonşular Qarabağımızda at oynatmaq niyyətləri puça enib. Su Qovuşanın azad olunması neçə rayon, kənd və qəsəbələrimizi cənnətə çevirəcək. Artıq susuzluqdan əhalinin dolanışığında iqtisadi çətinlik yaradan ərazilərimizə su ilə təminatı təşkil olundu. Azərbaycan Prezidenti  İlham Əliyev işğaldan azad olan yerlərdə təmir işlərinin həyata keçirilməsinə, abadlaşmasına göstəriş verib.Tezliklə Azərbaycanın xaricə daşınan sərvətlərinin qarşısı alınacaqdı. Ölkəm ən güclü dövlətlərdən birinə çevrilməsinə anlar qalıb. Biz hər dəqiqə, hər saniyə o günü, müharibənin bitmə xəbərinin elan olunmasını gözləyirik.

Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır.

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI