Futbol millimizin kod adı: “Sülhsevər”

19:20 18-11-2020 | icon 532 | İdman
Futbol millimizin kod adı: “Sülhsevər”

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti mövsümü geridə qoyub. 

 

Versus.Az xəbər verir ki, Canni De Byazinin rəhbərliyi altında C qrupunda oyunlara çıxan komandamız keçirdiyi altı görüşdə bir qələbə, iki məğlubiyyət və üç bərabərlik əldə edib. 

 

İtaliyalı baş məşqçi milliyə avqust ayında gətirilsə də, bu müddət ərzində yalnız bir yoldaşlıq görüşü keçirə bildi. Bunu koronavirus pandemiyasının yaratdığı çətin vəziyyətlə izah etmək olar. 

 

De Byazinin bu məcburiyyəti onu rəsmi oyunlarda komandanı yoxlamağa vadar edirdi. Keçirilən altı rəsmi oyunda italiyalı mütəxəssis bir çox futbolçunu fərqli mövqelərdə yoxladı. 

 

Əlbəttə, ilk 11-liyi müəyyənləşdirmək üçün oyunçuları sınamaq və tanımaq italiyalı üçün çox vacib idi. Bundan başqa, ötən gün Lüksemburqla keçirilən görüş tarixi mənada bir çox statistik nəticələrlə də yadda qalıb.

 

Millimiz ilk dəfə idi ki, ardıcıl olaraq üç görüşdə nə qol vura bildi, nə də qapısından top buraxdı.

 

Əgər Sloveniya ilə yoldaşlıq görüşünü də nəzərə alsaq, bu rəqəm 4-ə yüksəlib. Bundan başqa, millimiz 17 noyabr tarixində sayca altıncı görüşünü keçirib. Yığma bu görüşlərdə iki qələbə, iki məğlubiyyət və bir bərabərlik əldə etmişdi.

 

Ötəngünkü heç-heçə isə, sözün əsl mənasında, bütün hesablara bərabərlik gətirib. İndi komandımızı Dünya çempionatı 2020-nin seçmə mərhələsi gözləyir. Artıq millimizin 5-ci səbətdə yer alacağı dəqiqləşib. 

 

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 7-də keçiriləcək. Yeni, gəncləşən və Canni De Byazinin prespektiv vədd etdiyi komandasına növbəti görüşlərdə uğurlar arzulayırıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR