Qripə qarşı peyvəndin qeyri-adi XÜSUSİYYƏTLƏRİ

10:34 19-11-2020 | icon 318 | Sağlamlıq
Qripə qarşı peyvəndin qeyri-adi XÜSUSİYYƏTLƏRİ

Qrip peyvəndi ürək-damar xəstəliklərindən ölmə riskinizi azalda bilər.

 

“RİA Novosti”nin məlumatına görə, müvafiq press-reliz Amerika Kardiologiya Assosiasiyasının saytında dərc edilib.

 

Meta-analiz zamanı alimlər 237 mindən çox insanın məlumatlarını araşdırıblar. Məlum olub ki, qripə qarşı peyvənd vurdurmuş insanların ürək-damar xəstələrindən ölüm riski peyvənd almayanlarla müqayisədə 18 faiz aşağı olub.

 

Bundan əlavə, tədqiqatçıların fikrincə, digər xəstəliklərdən ölmə riski də 28 faiz azalıb.

 

Həmçinin, qripə qarşı peyvənd olunanların ürək problemləri ilə qarşılaşma riski 13 faiz az olub.

 

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı qripə qarşı peyvəndin insanı COVID-19-dan qoruya bilməyəcəyi barədə xəbərdarlıq edib.

 

“Bununla belə, qrip infeksiyasının qarşısını almaq üçün hər il peyvənd vurdurmaq tövsiyə olunur”,  - deyə məlumatda bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR