Ramiz Mehdiyev daha bir vəzifəsindən azad edildi

13:35 19-11-2020 | icon 139 | Cəmiyyət
Ramiz Mehdiyev daha bir vəzifəsindən azad edildi

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İdarəçilik Akademiyasından bildirilib.

 

Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib.

 

Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.

 

Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Namiq Əliyev seçilib.

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı altı kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR