“Rusiya Prezidenti işğalçı Ermənistanın aciz durumda olduğuna diqqət çəkdi”

14:12 19-11-2020 | icon 197 | Siyasət
“Rusiya Prezidenti işğalçı Ermənistanın aciz durumda olduğuna diqqət çəkdi”

Naqif Həmzəyev: Ermənistanın təcavüzkar siyasətini təsdiq edən videomateriallar beynəlxalq aləmdə böyük rezonans doğurdu

 

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu, tarixi Bəyənat imzalandı. Düşmən bütün cəbhələrdə sarsıdıcı məğlubiyyətə düçar oldu. Qələbələrimiz yalnız hərb meydanı ilə yekunlaşmadı. Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanı siyasi-diplomatik sferada da küncə sıxışdırdı”.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Millət vəkili qeyd edib ki, təxribatlar, faşizm ideologiyasına söykənən işğalçılıq siyasəti Ermənistanın özünə baha başa gəldi. Bu dəfə haqq-ədalətdən bixəbər Ermənistan rəsmiləri hərbi əməliyyatlardakı uğursuzluqlarını ört-basdır edib, "qələbə”lərindən əfsanələr uydurub, dezinformasiyaları ilə heç kimi aldada bilmədilər.  Bütün dünyanın gözü qarşısında hərbi cinayət törədən Ermənistan tarixinə daha bir qara ləkəni əlavə etdi:

 

“Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları 44 gün ərzində döğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etməklə yanaşı işğalçı Ermənistan hakimiyyətinin məkrli maskalarının altındakı əsl sifətlərini dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev beynəlxalq tribunalardan, dünyanın 30-dan artıq nüfuzlu KİV-inə verdiyi müsahibələrində Ermənistanın və onun rəhbərliyinin işğalçı siyasətini bir daha ifşa etdi. Ermənistanın ilk olaraq müharibəyə başlaması, əsas hədəflərinin dinc əhali olduğu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu dünya ictimaiyyətinin gözləri qarşısında baş verdi. Ermənistanın təcavüzkar siyasətinin təsdiq edən videomateriallar beynəlxalq aləmdə böyük rezonans doğurdu. Artıq dünya ictimaiyyəti də əsl həqiqətdən xəbərdardır”.

 

Millət vəkili  "Rossiya 24" telekanalının efirində Qarabağa dair razılaşmadan danışan Rusiya Prezidenti Vladimir Putin də erməni yalanlarını ifşa etməsinə,  beynəlxalq hüquqa görə Qarabağın həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd etməsini önə çəkib:

 

“Vladimir Putinin müsahibəsində səsləndirdiyi fikirlər, mövqeyi, Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirməsi əslində Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallığının nəticəsidir. Eyni zamanda "Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan özünün hesab etdiyi, elə bütün dünya birliyinin də Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarını geri qaytarırdı”-Vladimir Putinin bu sözləri Azərbaycanın ədalətli və haqlı mövqeyinin Rusiya tərəfindən dəstəkləndiyinin nümayişi oldu.

Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi Ermənistan üçün intihar olacağını qeyd edən Vladimir Putin Paşinyan hakimiyyətinin açınaçaqlı halına, siyasi riyakarlığına, bir sözlə işğalçı Ermənistanın Qalib Azərbaycan qarşısında aciz durumda olduğuna diqqət çəkdi”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI