“Biz onları neytrallaşdıra bilərik”

10:21 20-11-2020 | icon 195 | Siyasət
“Biz onları neytrallaşdıra bilərik”

 

Fuad Əliyev: “Artıq məlum bəyanatın bəndləri həyata keçirilir”

 

“27 sentyabr 2020-ci il tarixi Azərbaycan xalqının ikinci dirçəlişi gününü nümayiş etdirdi”.

 

Versus.Az xəbər verir ki, bunu Xural TV-yə müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev müsahibə zamanı Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Jirinovski ilə münsibətlərinə də aydınlıq gətirib:

 

“Bizim partiyaların əməkdaşlığı 2004-2008-ci ilə qədər olub. O, bu dövrdə bizim əleyhimizə bir dəfə də danışmayıb. Azərbaycana gəlmək istəyib. Mən onun istəyini o vaxt Prezident Administrasiyanın rəhbərliyinə çatdırdım. Onlar buna əhəmiyyət vermədilər. Lobbiçilik baxımdan bu səhv idi. Bizim bir düşmənimiz var, o da ermənidir. Nə Fransa, nə də Rusiya, Suriya, nə də Livan bizim düşmənlərimizdir. Bəli, kimlərsə Ermənistanı dəstəkləyirsə, biz gərək bu ölkələrlə iş görək, özümüzə yaxınlışdıraq, onlara ermənilərlə bağlı müsbət fikirlərin yanlış olduğunu sübut edək. Bununla da biz onları neytrallaşdıra bilərik".

 

Eyni zamanda, ALDP sədri “biz qələbə çalmışıqmı” sualına cavab olaraq, bu məsələnin bitdiyini bildirib:

 

“Artıq məlum bəyanatın bəndləri həyata keçirilir. Dekabrın 1-nə gədər Laçın, Kəlbəcər və Ağdam boşaldılacaq. Ayın 1-dən sonra biz azad olunan torpaqlara qayıdacağıq. Ali Baş Komandan və ordumuzun sayəsində işğalda olan torpaqlar azad olundu. Amma ehtiyatımızı əldən verməməliyik, ermənilərin hər bir təxribatının qarşısını almağa hazır olmalıyıq".

 

“Qızıl amnistiya” məsələsinə də toxunan F.Əliyev vurğulayıb ki, amnistiyanın verilməsi Dövlət başçısının səlahiyyətindədir:

 

“Hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə amnistiya olur. Ola bilər ki, bu il də olacaq. Qeyd edim ki, bu günlərdə 23 nəfər sərbəst buraxılıb. Bu çox yaxış haldır”.

 

Ermənilərin işğal etdikləri ərazilərimizdə ekoloji terror törətməsinə, evləri yandırmasına gəlincə, F.Əıiyev bildirib ki, ermənilərin təbiətə zərər vurduqlarını bütün dünya görür:

 

“Yəqin ki, bununla müvafiq təşkilatlar məşğul olacaqlar. Bu, vandalizm, ekoloji terrordur. Buna görə də cavab verəcəklər. O ki, galdı evlərin yandırılması, bu bir daha onların murdar bir millət olduğunu göstərir. 2005-ci il yadıma düşür. 2005-ci ildə dünya birliyinin təzyiqi altında İsrail dövləti "Fələstinlilərdən birtərəfli ayrılma" planını həyata keçirərkən, bütün yəhudi məskənlərini Qəzza zolağından boşaltdılar. Amma ermənilərdən fərqli olaraq boşaldılan evləri dağıtmadılar, yandırmadılar. Qəzza zolağından çıxarılan iyirmidən çox yəhudi yaşayış məntəqəsinin bütün infrastrukturu, yaşayış binalar yəhudi xalqı tərəfindən xoşməramlı bir jest olaraq fələstinlilərə bağışlanmışdır. Bu, yəhudi xalqının yüksək mədəniyyətə sahib olmadığının göstəricisidir. Ermənilər isə “unitaz xalqı” kimi yaddaşda qalacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO