Ağdama komendant təyin edildi

12:50 20-11-2020 | icon 168 | Qarabağ
Ağdama komendant təyin edildi

Bu gün işğaldan azad olunan Ağdam şəhərinin Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.

 

Bunu Versus.Az-a açıqlamsında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. 

 

Nazirlik rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Şəhər Polis Şöbəsinin rəisi və müavinləri təyin olunub.

 

“Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək. RPŞ-nin əməkdaşları və Daxil Qoşunların hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində çalışacaqlar”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, Ağdam RPŞ-nin rəisi polis polkovniki Pərviz İsmayılovdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO

İki türk əsgəri şəhid olub, biri isə yaralanıb

Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ