“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”

14:38 20-11-2020 | icon 425 | Şəhidlər və şahidlər
“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”

Nahid Canbaxışlı: “Mən əminəm ki, oğlum Fərid qəhraman əsgər kimi dönəcək”

 

Torpaq, uğrunda ölən varsa vətəndir…

İgid oğullarımız vətən torpağının işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşdülər, şəhid oldular, ya da qazi...

 

Azərbaycanımız 1-ci Qarabağ müharibəsində torpaqların 20 faizini itirməklə acı məğlubiyyət yaşadı. Lakin torpaq, vətən qeyrətli oğullar bu məğlubiyyətlə barışmadı. O, VƏTƏNin azadlığı naminə 2020-ci il sentyabrın 27-də, 30 ildən sonra öz haqqı uğrunda Vətən Müharibəsinə qalxdı. Bu gün nə Azərbaycan, nə də ordunun hərbi hazrlığı 30 il qabaqkı deyil. Bunu  I QARABAĞ DÖYÜŞÜNDƏN BAXAN ƏSGƏR də deyir…

 

Versus.Az “Həftə içi”-nin "VƏTƏN MÜHARİBƏSİNƏ I QARABAĞ DÖYÜŞÜNDƏN BAXAN ƏSGƏR” rubrikasını təqdim edir:

 

Rubrikanın qonağı qazimiz, həmkarımız “Vətəninfo” xəbər portalının rəhbəri Nahid Canbaxışlıdır.

 

Döyüşçü həmkarımızla birlikdə ölümün gözünə dik baxan, vüqarlı duruşu, cəsarəti, Vətən sevgisi ilə ifadə olunan Azərbaycan əsgərinin ləyaqətlə vurğulanan, bəzən kövrək hisslərinə toxunacağıq…

“Cəbhə xatirələrim çoxdur”, -deyən 1-ci Qarabağ döyüşçüsü, II Qarabağ döyüşlərinin əsgər atası Nahid Canbaxışlı ilə o illərə mayak olacağıq…

 

“1-ci Qarabağ müharibəsi qazisi olduğum üçün aparmadılar”

 

- Mənim üçün bu müharibə o qədər tanışdır ki… 27 sentyabrdan bu yana müharibəni hər gün ruhən yaşayıram. Bir neçə dəfə müraciət etsəm də, 1-ci Qarabağ müharibəsi qazisi olduğum üçün aparmadılar. Buna baxmayaraq cəbhə bölgəsinə gedib-gəlir, ordakı uşaqlarla davamlı əlaqə saxlayıram.

 

Qazimiz geriyə çevrilərək, o illərin xatirələrini bu günə caladı, dedi ki...

 

- Düşmən güllələri, topu başımızın üstünə yağırdı. Amma bu, uşaqların deyib-gülməsini, döyüş ruhunu azaltmırdı. Bizim hissədə Qubadan Əfqan var idi, ləqəbi "Malış"idi. Bir gün ermənilər möhkəm atırdı, “Malış” da nə isə deyinir, öz-özünə danışırdı. Soruşdum, Əfqan nə öz-özünə danışırsan? Qayıtdı ki, “Naxçıvanik”, bilirsən ürəyim necə makoron istəyir?..

Mənim ləqəbim “Naxçivanik” idi. Bilmirik öləcəyik, qalacağıq, bu rəhmətliyin oğlu da güllə ata-ata gözünün qabağına makaron gətirirmiş…

 

…Bir dəfə də gizli şəkildə düşmən postuna girdik. İbad qabaqda gedirdi. Əlimi ölən hansı erməninin qulağına atdımsa, baxdım ki, bunlarda qulaq yoxdu. İbad qayıtdı ki, “Naxçıvanik” niyə yubanırsan?.. Dedim, qulaq kəsmək istəyirəm, amma bunlarda qulaq yoxdu axı. Qayıtdı ki, qulaqları məndədi gəl…”

 

“Bugünkü ordu ilə yeni qurulan ordu arasında fərq yer-göy qədərdi

 

N.Canbaxışlı döyüş yolunu böyük sevgi və unudulmayan bir tarix olaraq yada salır, bu günün Vətən Müharibəsinin qalibi kimi gözlərində qalan kədər, qələbə sevinci ilə içində əriyir...

Qazimiz deyir ki, 1-ci Qarabağ savaşında Azərbaycan əsgəri uduzmadı.

 

- Uduzmağımızın səbəbi siyasi hakimiyyətin yarıtmazlığı, hərbi rəhbərliyin naşıların əlində olması, ordu daxilində, əsasən də yuxarı eşalonda olanlar içərisində satıqınların olması idi. Ordumuzun silah-sursat baxımdan düşməndən zəif olması idi. Azərbaycan əsgəri uduzmadı. Əksinə, Vətən üçün canından keçdi, döyüşdü, amma nə edək ki, belə oldu. Ona görə də əsgəri qınamaq olmaz. Amma unutmaq olmaz ki, o dövürdə Azərbaycan əsgəri Xankəndinin 4 km-nə qədər çatmışdı. Amma siyasi hakimiyyət hərisində olanlar o ordunu sona kimi getməyə qoymadılar.

Əlbəttə ki, bugünkü ordu ilə yeni qurulan ordu arasında fərq yer-göy qədərdir. Bu gün bizim ağır dağ şəraitində döyüşən xüsusi təyinatlı qüvvələrimiz var, bizim müxtəlif ordu qüvvələrimiz var, bu gün Azərbaycan ordusu ən son müasir silahlara sahibdir. Əlbəttə, müasir silahlar, dronlar var və sair. O zaman isə bu dediklərim yox idi. Biz bir qarnı ac, bir qarnı tox döyüşürdük. Bu gün ordumuz bütün təminatla əhatə olinub. Xalq-dövlət birliyi var. Siyasi hakimiyyət vahiddi. Ali Baş Komandan qərarlı və mətindi. Bütün bunlar qələbələrə açılan qapı üçün nur saçır.

1-ci Qarabağ müharibəsi zamanı hərə bir dəstə yaratmışdı. Əlikram bir botalyon, Surət bir botalyon, digəri bir batalyon. Ermənilər isə Rus ordusu ilə üstümüzə gəlirdi.

Fikirləşin ki, döyüşmək üçün yüzlərlə vətən oğlu gəlirdi. Amma onlara verməyə silah yox idi. Mənim istifadəmdə olan silahı ermənidən götürmüşdük. İbad olmasaydı yerli müdafiə dəstəsi silahsız qalardı. İbad kəşfiyyata gedib erməniləri məhv edirdi. Onların silahlarını gətirirdi. Bu gün Ordumuzda müasir silahlar göz oxşayır. Fərq böyükdü. Bu cür təminatı olan ordu döyüşdə uduza bilməz.

 

“28 ildir yuxularım cəhənnəmə dönüb”

 

1-ci Qarabağ müharibəsindəki uğursuzluqlarımıza görə, əsgəri necə qınamaq olar. Mən əsgərəm əlimdə silah sona kimi döyüşdüm. Biz düşmən səngərini darmadağın edib, düşməni o səngərdən qovub o səngərdə oturan əsgər olmuşuq. O postları almaq üçün yüzlərlə oğul şəhid oldu, yüzlərlə oğullar yaralandı. Qolu, qılçı bədənindən qopdu. İndi onlar bizi necə qınaya bilərlər. Mən 1992-ci il sentyabrın 6-da yaralanmışam. O gündən bu günə bədənimdəki mərmi parçaları nə zaman bədənimin hansı hissəsinə xələl verəcək deyə ağrı ilə yaşayıram. Ayağımda 8 plastik damar var. Sağ ayağımda pəncə işləmir, hissiyyat yoxdu. Hər gecə bədənimin o hissəsi sızlayır, şəhid olan dostlarımı düşünürəm. 28 ildir yuxularım cəhənnəmə dönüb. Fiziki sağlamlığım məhv olub. Bizi kim qınaya bilər. O qınamaq düşüncəsində olanlar dezertirlər, pul ilə hərbi bilet alanlardı.

 

1-ci Qarabağ müharibəsindən bu günə minlərlə şəhidimiz, qazilərimiz var. Bir də uşaqlıqları ermənilər tərəfindən əlindən alınaraq, yurd-yuvasından uşaqkən didərgin düşən körpələrin yurd həsrəti qaldı. Mais Bərxudarov, Hikmət o torpaqlardan çıxanda çox uşaq idilər. Amma bu işaqlar bir gün o torpaqlara silahla qayıtdılar və düşməni qovmağa başladılar. Artıq bu uşaqların yetişdirdiyi yüz minlik ordu var. Milli ruhda yaradılan Azərbaycan profesional ordusu...

 

Cuvarlıda bir qəbirdə 7 əsgərin hərəsinin bir hissəsi dəfn olunub”

 

 Hindarxlı Akifi, Muğanlılı Rövşəni, Qubalı Əfqanı unuda bilmirəm. Yaralandığım yerə gedəcəm. Cuvarlıda bir qəbirdə 7 əsgərin hərəsinin bir hissəsi dəfn olunub. O təpəyə qalxıb o məzarı ziyarət edəcəm. Onlar mənim, bu torpağın qəhrəmanlarıdır.

Bu gün mənim qəhrəmanlarım güllə dəyəndə yenidən qalxıb düşmən üzərinə şığıyan bütün əsgərlərimizdir. Mən heç bir zaman qəhrəman olmaq istəməmişəm. Əlbəttə ailəm, uşaqlarım üçün saf bir adım olmağım onlara bəs edir. Ailəmin qəhrəmanıyam, övladlarımın qəhrəmanıyam, atamın, anamın qəhrəmanıyam, ətrafımdakı dostlarımın qəhrəmanıyam - bu bəs etməzmi? Övladlarım qürur duyur ki, ataları vətən yolunda döyüşüb, yaralanıb.

 

Nahid Canbaxışlı özünün, bu vətən torpağı uğrunda döyüşən bütün oğulların hər birimizin qəhrəmanı olduğunun dərinliyinə varmadan yenə də Vətəni düşünür, deyir ki...

 

Dünənin Vətəni yaralı, məyus bir Vətəndi. Şəhid məzarları küskün, Qazilərinin yaraları sızlayırdı. Bu günün Vətəni yaralarını sarımış, külündən yenidən alovlanmış, şəhid məzarlarında güllər açmış, qazilərinin yaraları sızlamayan bir vətəndir. Cəbrail, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa neçə-neçə işğalda olan yurdu azad olan Vətəndir. Xalqı bir, ordusu bir, Ali Baş Komananı qürurlu, düşmınə qarşı məğrur bir Vətəndir.

 

Qazimiz deyir ki, 1-ci Qarabağ döyüşləri bizə çox yey öyrətdi.

 

Bizə xatırlatdı ki, biz əsrlər boyu bu erməni zilləti ilə yan-yana yaşamağa məhkumuq. Erməni deyiləndə hiyləgırlik, düşmənçilik, vandal iyrənclik gəlir. Düşmənə qarşı hər zaman oyaq olmalıyıq. Ordumuz güclü olmalı, müasir silahlara sahib olmalıdır. Bütün çətinliklərə sinə gərən güclü, professional ordu. Milli orduya sabib olduqca, biz ən güclülərdən olacağıq. Bu Vətən müharibəmiz bütün xalqların dərs kitablarına düşəcək.

 

“O an hər şey o yaslandığın Vətən daşı, dirsəkləndiyin Vətən torpağıdır”

 

Qazimiz deyir ki, cəbhədə düşmənlə üz-üzə olan əsgərin beynində, düşüncəsində yalnız bir şey var: "Bu silah düşmənin bağrını qana çevirəcək, mən qəhraman bir Türk oğlu,Türkəm, bu torpaq mənim torpağımdır. Vətən darda olanda, ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür. O an hər şey o yaslandığın Vətən daşı, dirsəkləndiyin Vətən torpağıdı. Bütün nifrətin düşmənə, bütün sevgin o torpaq olur.

 

Müharibə hər birimizdə xatirələr buraxdı. Mənim də çox xatirələrim var. Bu haqda heç bir zaman danışmamışam.

 

...Bir dəfə bir nəfər Bakıdan gəlmişdi döyüşməyə. Postda düşmənlə aramızda təqribən 100 metir məsafə vardı. Gecə onu həmin posta apardım. Axşam narın yağış yağırdı. Səhər postdan hərbi hissəyə qayıtdıq. Mən istirahətə çəkildim. Oyandım, eşitdim ki, həmin gələn silahı təhfil verib Bakıya qayıdıb. Sonralar bir kərə Bakıda qarşılaşdıq. Utandığından başını aşağı saldı...

Müharibə asan deyil. Elə insan var ki, kompüter arxasında şirə dönür. Amma güllə qulağının dibindən keçəndə ürəyi gedir. Salyan uşaqları da canavar kimi döyüşürdülər. Onlarla da çoxlu xatirələrim var.

 

“Əminəm, oğlum qəhrəman əsgər kimi dönəcək”

 

Allah şahidimdir ki, müharibə başlayandan yuxularım ərşə çəkilmişdi. Burda özümü qəfəsdə hiss edirəm. Amma elə şey var ki, məni aşır, orda olmamaq çox əzab verir. Amma bu iztirabı söndürmək üçün bir neçə günlük də olsa o səngərdə olacam. Çünki başqa cür bu iztirabı söndürmək olmayacaq. Ən azından bir neçə erməni öldürmək istəyirəm. Onların axan qanın görsəm, bəlkə ruhum dinclik tapar.

Bu gün o düşmənlə üz-üzə olmamağıma heyfislənirəm. Kaş 28 il öncəki gənc olardım, yaralı olmayaydım. Amma qürurluyam, məni oğlum Fərid əvəz edir. Fərid 1998-ci il doğumludu. Hərbi xidmətini bir neçə il öncə tamamlayıb. İkinci kəs getdi. Niyə də getməsin. İnşallah şücayəti ilə məni qürurlandırar. İstər şəhid olar, istər qazi, fərq etmir, Vətən sağ olsun. Amma mən əminəm, oğlum qəhraman əsgər kimi dönəcək. Allah bütün cəbhədə olan balalarımızı qorusun.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il