“2-3 ilə Rüsiya sülhməramlıları oradan çıxacaqlar”

13:34 21-11-2020 | icon 323 | Siyasət
“2-3 ilə Rüsiya sülhməramlıları oradan çıxacaqlar”

 

Fuad Əliyev: "Artıq heç kim bu qələbəyə şübhə edə bilməz”

 

“Hollandiya hökümətinin ermənilərin anti-azərbaycan təbliğatı nəticəsində belə bir addım atmaq niyyəti var idi. Amma sonra bu fikirdən daşındılar. Bu gün bu məsələ gündəmdə deyil”.

 

Versus.Az xəbər verir ki, bunu “Kanal-13”-ə müsahibəsində “Azərbaycana qarşı sanksiyalar tətbiq olunarsa, Azərbaycan nə etməlidir” sualını cavablayan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, Fransa müharibənin ilk günündən açıq şəklində Ermənistanı dəstəkləyirdi:

 

“Müharibə qurtarandan sonra Fransa parlamentinin nümayəndələri Azərbaycana gəldilər. Geri dönən kimi digər deputatlara tövsiyə etmişdilər ki, Azərbaycanla münasibətləri pozmaq lazım deyil. Bu, ermənilərin anti-azərbaycan təbliğatı nəticəsində baş verir. Biz buna hazır olmalıyıq. Cəmiyyət olaraq 44 gün ərzində birlik nümayiş etdirdik. Hesab edirəm ki, bundan sonra da belə məsələlərdə bir olarıq.”

 

Fuad Əliyev qeyd edib ki, ABŞ və Fransa məlum üç ölkənin razılaşmasından kənarda qaldığına görə, siyasi divident qazanmaq üçün indi aktivlik göstərirlər:

 

"Artıq heç kim bu qələbəyə şübhə edə bilməz. Biz öz torpaqlarımızı azad etmişik. Dövlət başçısı azad olunan torpaqlara səfər edərək, ilk böyük layihəyə, Fizuli-Şuşa yolun çəkilməsinə start verdi. Bundan sonra Qarabağda həyatın bərpası başlanacaq. Dekabrın 1-dən sonra əhalimizin  qayıtması üçün bütün infrastruktur bərpa olunacaq”.

 

Rusiya sülhməramlı qüvvələrin Xankəndində yerləşdirilməsinin Azərbaycana təzyiq kimi qiymətləndirilməsilə razılaşamayan ALDP sədri vurğulayıb ki, Putin hələ müharibə başlayarkən bildirmişdi ki, biz bu işə qarışmırıq, bu, Azərbaycanın daxili işidir:

 

“Muharibə qurtarandan sonra Putin bildirdi ki, Qarabağ Azərbaycan ərazisidir. İkinci tərəfdən Türkiyə sülhməramlıların Azərbaycana gəlməsini də bu məsələdə qarant durması kimi qiymətləndirirəm. Soydaşlarımız Qarabağa, o cümlədə Xankəndinə qayıdandan sonra, ermənilər oranı tərk edəcəklər. Və Rusiya sülhməramlılarına ehtiyac qalmıyacaq. Mənim proqnozuma görə 2-3 ilə Rüsiya sülhməramlıları ordan çıxacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ